Ondan aldığım ləzzəti Cenifer Lopez də əvəz eldə bilməz 

Ondan aldığım ləzzəti Cenifer Lopez də əvəz eldə bilməz 

Bu yazının ərəblərin ov eləməsi ilə bağlı heç bir əlaqəsi yoxdu. Elə baxıram ki, mətbuat və sosial şəbəkələr hamısı ovdan yazır, ovçuluqdan yazır. Və ümumiyyətlə, ovçuluğu vəhşilik adlandıranlar da var.

Mən də ov həvəskarıyam. Əvvəllər çox gedərdim, amma ov yoldaşlarımın bəziləri rəhmətə getdiyindən, bəziləri isə mənim kimi yaşlaşdıqlarına görə son illər ov məni maraqlandırmır, hərdən ürəyimdən keçsə də.

Hətta İctimai Televiziya bir zamanlar mənimlə bağlı «Ovçu» adlı sənədli film çəkmişdi. Məndən əvvəl də Vaqif Səmədoğludan çəkmişdilər.

Vaqif Səmədoğlu əsl ovçu idi, quşu gözündən vururdu. Amma onunla bir yerdə ova getmək qismət olmadı.

Ov dünyanın ən gözəl istirahətidi. Ovdan aldığın ləzzəti heç nə əvəz edə bilməz. Hətta Cenifer Lopez də.

Ovçuluğu atamdan öyrənmişəm. O vaxtlar doğulduğum kənddə ov quşlarını sapandla da vurmaq olardı. İndi lampayla da axtarsan tapmazsan. Tüfəngi götürüb çıxardı elə kənddəki bağımıza, iki-üç turac vurardı. Ya da kənddən çıxardı taxıl zəmilərinə, bildirçin vurardı. Mənə də güllə atmağı öyrədərdi. Biz Ağdama köçəndən sonra atamın Ağcabədidəki sovxozundan Ağdama iki yol gəlirdi – biri Hindarxdan, biri də Haramıdan, Mərzilidən. Haramı yolu ağır yol idi, yəni kənd yolu. Əvvəllər iş yeri Ağdamdan uzaq olduğundan həftədə bir dəfə gələrdi. Hər dəfə gələndə də ya iki-üç turac, ya da iki-üç kəklik gətirərdi. Yəni evimizdən ov quşu əskik olmazdı. Anam ov əti yeməzdi. Çox qəribədir ki, xanımım da ov əti yemir.

Atamın tüfəngi həmişə maşında yanında olardı. Sürücüsü öyrənmişdi necə sürsün ki, atama yön versin.

Ağdama köçəndən sonra atam heç vaxt məni ova aparmadı, amma…

Amma… Universitetə qəbul olunandan sonra Ağdamdakı dostlarım – Xallı Şahin və Tahir abi məni Qədir Rüstəmovla tanış elədilər. Həmin vaxt mən Qədirdən nə isə yazırdım. Elə yazdım da, 18 yaşım vardı – «Evləri köndələn yar» povesti. Düzdür, povest «Ulduz» jurnalında 10 ildən sonra çap olundu. Bəxtiyar Vahabzadənin təqdimatına baxmayaraq, 1971-ci ildə «Ulduz» jurnalının baş redaktoru Əhməd Cəmil çap eləmədi ki , komsomolçu komsomolçunu bıçaqlayır. 10 il sonra da çap eləmək istəmirdilər, sonra Anarın qorxusundan çap elədilər.

Həm Xallı Şahin, həm də Tahir abi (qeyri-adi adam idi, cavan rəhmətə getdi, elə Qədir kimi əti acıydı. Arıq, vurub-tutmağı bilməyən bir oğlan idi, amma Ağdamın özündən deyən cavanları onu görəndə ayağa dururdular) dedilər ki, Qədiri yaxından tanımaq üçün gərək onunla ova gedəsən, yol yoldaşı olasan.

Ondan əvvəl Məşədi Nərimanın oğlu Aydın Mehrəliyev (Qədir Rüstəmovun çəpər qonşusu) məni aparmışdı Qədirin yanına ki, bu dostumuz səndən povest yazmaq istəyir. O da baxmışdı ki, çəlimsiz bir uşaq, Anar deyil, İsi Məlikzadə deyil, Seyran Səxavət deyil mənlə bir az məzələnmişdi və demişdi ki, getsin yazsın da, mən nə deyirəm ki. Yəni məni, belə deyək də, qəbul eləməmişdi.

Amma elə ki, Tahir abiylə getdik, məni qəbul elədi. Mənim də ova qoşulmağıma razılaşdı. Həm də dedi ki, ə, noldu povestin?

Bu povestlə bağlı çox məsələ var, sizi yormaq istəmirəm. Mən Qədirə necə izah edəydim ki, heç vaxt komsomolçu olmayan Qədiri heç vaxt komsomolçu olmayan bir qonşusu bıçaqlayıb və sair və ilaxır.

Və beləliklə, Qədir Rüstəmovla bizim dostluğumuzun kökündə ov dayandı.

Qədir də adətən balığa gedəndə Ağcabədidəki kanallara və ya Kürə, ov ovlamağa getmək istəyirdisə Ağgöl tərəfə üz tutardı.

Qədirin ən çox sevdiyi balıq ovu idi. Tilovunu atardı kanala, ya Kürə və saatlarla sakit oturub gözləyirdi ki, nə vaxt balıq çıxacaq.

Mən tələbəydim, amma Qədir mənə «Məllim» deyə müraciət edərdi.

- Məllim, o balıq ki düşür ey, tilovu ki çəkirəm ey, elə bil ordan fil çəkirəm.

Qədir əti acı adamdı. Onla ünsiyyət qurmaq çətindi. Söhbətimiz bəzən tuturdu. İlk dəfə balıq ovuna gedəndə dedi:

- Məllim, sən get məndən əlli metr o tərəfdə tilov at.

Öz yanında heç kimi görmək istəmirdi. Ona görə yox ki, yanındakılar onun tutacaqları balıqlara şərik ola bilərdilər. Ona görə ki, tək qalmaq istəyirdi. Bəzən bir-iki saat tilovuna heç nə düşməzdi. Amma onun vecinə deyildi. Əslində Qədir balığa hamıdan qaçmaq üçün gedirdi. Bu yalan dünyadan, mənasız insanlardan qaçmaq üçün. Gedirdi və özüylə, Allahıyla tək qalırdı. Necə ki insanlar namaz qılanda Allahıyla tək qalmaq istəyir, Qədirin də Allahıyla tək qalmağı həmin o balıq tutmağı idi. İlahi, görən Qədir o saatlarda nə düşünürdü və beynində hansı «namazı» qılırdı?

Bir dəfə yenə Ağcabədidə kanalda balıq tuturuq, təbii ki, hamımız Qədirdən qırx, əlli metr aralıyıq. Uzaqdan bir səs gəlir:

- Ay Məhəmməd ey, ay Məhəmməd ey…

Qədir qalxdı ayağa və başladı yarım kilometr uzaqlıqdakı körpüyə getməyə.

- Qədir, haraedirsən?

- Ə, görmürsən bağırır, balıqları qaçırır. Gedim deyəm ki, bağırma.

Əslində həmin səs balığı qaçıra bilməzdi. Qədirin «namazını» pozmuşdu, Qədirlə Allahın arasına girmişdi.

Qəribəydi ki, Qədirin tilovuna daha çox balıq düşürdü. Qədir o balıqların hamısını evə aparmazdı, qonum-qonşuya paylayardı, iki-üçünü də ailəsinə verərdi.

Qədirlə birinci dəfə ova gedəndə tutduğu bütün balıqları mənə bağışladı. Dedi ki, adətdi, ilk dəfə ova gələnə bütün ovlar hədiyyə olunmalıdı. Dedim, Qədir, bir belə balığı neyləyirəm? Dedi ki, sən də apar payla qonşularına, de ki, özüm tutmuşam. Mən həmin gün valideynləri iclasa çağırılacaq üçcə dənə balıq tutmuşdum.

Qayıtdıq Ağdama. Sarıcalıda tutduğumuz balıqlardan Süleymanın pavilyonunda bir neçəsini qızartdırıb yedik. Təbii ki həm də içki məclisi oldu.

Onda mən içki içmirdim. Biləsiniz, Qədir də içki sevən deyildi. Hərdən çayına 20-30 qram konyak qatıb içirdi.

Mənim içki içmədiyimi görüb dedi:

- Məllim, sən nə ağıllı oğlansan? Məndən məsləhət, heş vaxt işmə. İşməsən böyük yazıçı olassan.

Üstündən illər keçdi. Bir gün Qədir öyrəndi ki, mən də hərdən içirəm.

Dedi:

- Bu gitara çalanlar eşidiflər ki, Rəmiş nəşə çəkir, başlıyıflar nəşə çəhməyə ki, Rəmiş olsunlar, amma hamısı dəmiş oldu. İndi yəqin sən də eşitmisən ki, yazıçılar, şairlər içib Səməd Vurğun olajaxlar, amma hamısı durğun oluf. İşmə!

Qədir daha çox balıq ovuna gedirdi. Çox az hallarda Ağgölə ördək vurmağa gedərdi. İlk dəfə mənimlə Ağgölə quş ovuna gedəndə də vurduqlarını mənə bağışlamışdı.

Ova gedəndə hamı çalışırdı ki, Qədirin maşınına minsin. Çünki yolda Qədir nə isə oxuya bilərdi. Mənim səsim yoxdu. Amma dostlar başlayardılar hərə bir ağız oxumağa ki, Qədiri də cuşa gətirsinlər. Amma keçməzdi. Qədir oxumaq istəmirdisə, başına avtomat dirəsən də oxumazdı.

Deyirdi:

- Ə, səsinizin kal yerinə salıf özünüzü yormuyun, oxumeyjam.

Amma bir də görürdün ki, asta-asta başladı oxumağa.

Bilmirəm Ağdam uşaqlarında həmin lent durur, yoxsa yox, görürdün oxuyur və birdən kimsə yanından keçən maşın pis sürür, ona bir babat söyür:

- Ay sənin ananı…

Qədirin həmin söyüşləri də bal kimiydi. Və onu da hansısa oxuduğu muğam üstə deyirdi.

Qədirin səs kökləməyindən xəbəriniz varmı?

Mən ilk dəfə bunu İsa bulağında gördüm. Üzünü tuturdu dərəyə və muğam üstündə deyirdi:

- İs-ma-yıl, ay İs-ma-yıl, ay İs-ma-yıl…

Sonra boğazını arıtlayırdı, bir də çağırırdı:

- İs-ma-yıl…

Və sonra başlayırdı da. Hamını, o meşələri də, İsa bulağını da o dərələri də yığırdı səsinin içinə və qaranquşu ki yuvadan açıb buraxırsan ha, o səsi də açıb buraxırdı bütün dünyaya. İlahi, bu nə idi?

Xoşunuza gəlsə də, gəlməsə də ardı növbəti nömrəmizdə…

Aqil Abbas

Related Posts

Xəbərlər

Bütün müavinət, təqaüd və kompensasiyalar bu tarixdə ödəniləcək

11:10

Xanımı sabiq prezidenti müflis etdi - İnternetdə elan verib, iş axtarır

11:00

İrlandiyalı mütəxəssisin vebinarı olacaq - QEYDİYYAT

10:50

4 COVID-19 xəstəsi barədə cinayət işi başlanıb

10:50

Daha bir həmkarı Rəqsanəni qınadı - Foto

10:40

Livan iflasa yaxınlaşır

10:30

Qəbələdə faciə: Ustanı cərəyan vuraraq öldürdü

10:30

Ruanda Fransanı ittiham etdi - SƏBƏB

10:20

Nazir deputatın oğluna yeni vəzifə verdi - Foto

10:15

Nazir deputatın oğluna yeni vəzifə verdi

10:10

Yol polisi reyd keçirdi: 25 sürücü cərimələndi

10:10

“COVİD-19-a yoluxduqdan sonra peyvəndin ikinci dozası...” - Həkim rəyi

10:00

Azərbaycanda sərt karantin gəlir, əgər... -Əhaliyə MÜRACİƏT EDİLDİ

10:00

Qarabağda meyiti tapılan erməni hərbçilərinin sayı açıqlandı

09:40

Mehdiyev Elton Məmmədovu işdən çıxarıb? - AÇIQLAMA

09:40

Boksçumuz dünya birinciliyində yarımfinala yüksəldi

09:30

Bakıda ana və azyaşlı övladının öldüyü dəhşətli qəzadan görüntülər - VİDEO

09:30

İmtahanlara buraxılış vəsiqəsinin verilməsinə başlanıldı - QAYDALAR

09:20

Nəcməddin Sadıkov niyə həbs edilmədi?

08:50

Qarabağda anti-terror əməliyyatı gözləniləndir

08:40

Prezident koronavirus dərmanı hazırladı, ÜST kəskin pislədi – “Facebook” isə postu sildi

08:20

Prezident Qarabağda işlərin necə getdiyini soruşdu – “Şuşa hazırdır...”

08:10

“Onlar Zəngəzur dəhlizi deyir, bizim də Naxçıvan dəhlizimiz olacaq” - Paşinyan

08:00

Avtomobil evin divarından keçdi: İki uşaq yaralandı – VİDEO

07:50

Biləsuvarda 14 nəfər sürücü inzibati məsuliyyətə cəlb edildi

01:50

Abel Məhərrəmov məhkəməyə verildi - SƏBƏB

01:30

“Koronavirus bu yolla yayılıb” - Jirinovskidən qalmaqallı iddia

01:10

Mingəçevirdə avtomobil aşdı, xəsarət alanlar var

01:00

Azərbaycanın görkəmli səhnə xadimi Nəsibə Zeynalovanın doğum günüdür - Fotolar

00:20

“WhatsApp”dan istifadə məhdudlaşdırılacaq

00:00

4-cü kurs tələbəsi intihar etdi

23:50

Ukraynalı deputatlar prezidenti Rusiya ilə əlaqələri kəsməyə çağırıblar

23:40

Türkiyənin yeni səfiri Bakıdan paylaşım etdi - Foto

23:20

Cəbrayılda daha bir erməni hərbçinin meyiti tapıldı

23:00

Yerevanda polis 50-dən çox kriminal avtoriteti tutdu

22:50

Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi

22:30

Ramazanın yeddinci gününün imsak, iftar vaxtları - Günün duası

22:10

Avropa Superliqasının sponsoru bəlli oldu

22:00

Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdləri olub - Gürcüstan DTX

21:50

Bakıda ağır qəza tıxac yaratdı - Foto

21:40

Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq

21:40

Türkiyədə koronavirusdan ən yüksək sutkalıq ölüm qeydə alındı - Foto

21:10

Rəşad Nəbiyev yeni vəzifəsindən danışdı

21:00

Türkiyənin PUA gücü - “Bayraktar”ların sayı “F-16”ların sayına yaxınlaşır

20:50

“Azercell Telekom” MMC-yə yeni prezident təyin olundu

20:40

Azərbaycanlı deputat Xankəndidə yaşayan ermənilərə səsləndi: “Bu qaçılmazdır”

20:40

Rusiya Ukraynanı Krıma, Ermənistanı üz çevirdiyinə, Azərbaycanı isə buna görə cəzalandırır - ŞOK SƏBƏBLƏR

20:20

Çörək istehsalı müəssisəsində iyrənc mənzərə - Fotolar

20:00

Erməni sürücülər Zod qızıl mədəninə gedən yolu bağladılar

19:40

Fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı - ÜST-dən vacib qərar

19:30

“Xankəndidə Azərbaycan bayrağını çıxardılar ki...” - Deputat şok faktları açıqladı

19:20

Sabahdan iki marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək

19:10

AQTA bir neçə kafe və restoranda nöqsanlar aşkarladı - Siyahı

19:00

NK magistraturaya qəbulla bağlı qərarında dəyişiklik etdi

18:50

Yerevanda Azərbaycan əleyhinə bəyanat verən separatçı “vəzifədən“ qovuldu

18:30

Bakıda evdən 110 min manatlıq oğurluq edən şəxslər tutuldu - Video

18:20

Quru meyvələr say ilə, çərəzlər qramla yeyilməlidir - Həkim rəyi

18:10

Ağadadaş Ağayev xərçəngə tutulub - Türkiyəyə aparıldı

18:10

“Ali təhsil haqqında” qanun layihəsi hazırlandı

18:10

“Ən böyük arzusu odur ki, öləndə Şuşada dəfn edilsin...“ - Tahir Kərimli

18:00

Separatçılar yenə sərsəmlədilər

17:50

Diabetli xəstələrin bu qidaları qəbul etməsi vacibdir

17:50

Siam əkizləri əməliyyat ediləcək

17:30

“Əvvəl müğənniləri Moskvaya 5 manata çağırırdılar, indi 2-3 manata...“

17:30

Narkotik satışı ilə məşğul olan 4 nəfər tutuldu

17:20

Anomal iqlimin fəsadları: Səhra “ağ örpəyə“ büründü

17:10

Xəstəxanaya yerləşdirilən Xatirə və ərindən xəbər var - Fotolar

17:10

Baş infeksionist: “O zaman rahat olacağıq ki...“

17:00

Ramiz Mehdiyev qohumlarını AMEA-ya toplayır

17:00

Azərbaycanda daha 29 nəfər koronavirusdan vəfat etdi

16:50

“Başıma 25, üzümə 7 tikiş qoyulub” “Qarabağ“ın qapıçısı

16:50

Polis oğurluq edən dəstəni yaxaladı - Aralarında qadın da var

16:50

Afaq Bəşirqızı ƏSƏBLƏŞDİ: “24 saat sosial şəbəkələrdə “acam-acam” qışqıranlar...“

16:40

Roza Zərgərli: “Cenniferdə sünidir, məndə anadangəlmə“ - Video

16:30

İcraata götürülən cinayət işlərinin sayı açıqlandı

16:10

“6 dəfə öpüşdük, o, virusa yoluxdu, mən yox“

16:00

Mədəniyyət Nazirliyinin əməkdaşı koronavirusdan vəfat etdi - Foto

15:20

İnsan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirildi - RƏSMİ

15:20

Pərvinin yalanı üzə çıxdı - Video

15:10

“Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz” - Abel Məhərrəmov

14:50

2 yaşlı uşağın mədəsindən 209 maqnit topu çıxdı

14:40

“Azərbaycanda televiziyalar qeybəti sevən adamlar üçün işləyir”

14:30

Rusiyada koronavirusun iki yeni forması tapıldı

14:20

Həmkarı Aygünə səsləndi: “Sən nə qədər acizsən...“

14:10

Sərhəddə silahlı insident yaşandı - Foto

13:50

“İki dəfə elçi gəliblər, amma qızı verməmişik“ - Cavanşir Məmmədov

13:40

Sabah 30 dərəcəyədək isti olacaq

13:20

“Onlar bizə qarşı alçaq hərəkətlər ediblər“ - Rasim Balayev

13:00

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən yaxalandı

12:50

“Tərtər işi” ilə bağlı Prezidentə müraciət olundu: Xarici və daxili qüvvələr sabitliyi pozmaq üçün...

12:40

QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradıldı - FƏRMAN

12:30

Boksçumuz erməni rəqibini belə məğlub etdi - Video

12:20

“Tehranın rəsmi Bakını dəstəkləməsi İrəvan və Moskvanı hiddətləndirib” - İranlı analitik

12:00

Xocavənd yolunda işlər yekunlaşır - FOTOLAR

11:50

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

11:20

Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır

19 Apr 2021 11:10

“Hər gün Covid-19-un mutasiyaya uğrayan başqa növləri aşkar edilir“

19 Apr 2021 10:15

Saleh Məmmədov Qazyan sakinlərini yolsuz qoydu - ŞİKAYƏT + FOTOLAR

19 Apr 2021 10:15

Burda bütün evlər bir-birinə oxşayır - Reportaj

19 Apr 2021 10:05

Koronavirusa yoluxub sağaldığınızı testsiz necə bilmək olar?

19 Apr 2021 09:45

Təhlükə böyüyür: Dünyada koronavirus qurbanlarının sayı 3 milyonu ötdü

19 Apr 2021 09:25

Güləşçimiz erməniyə rəqib oldu

19 Apr 2021 09:25

Bakıda tıxac: 11 avtobus xəttində gecikmə

19 Apr 2021 09:10

Bu maskalar təhlükəlidir

19 Apr 2021 07:50

Xocalı polisi karantinə görə reyd keçirdi - Fotolar

19 Apr 2021 00:40

Maşın bazarında qiymətlər necədir? - Video

18 Apr 2021 23:40

Ramazanın altıncı gününün imsak, iftar vaxtları - Günün duası

18 Apr 2021 22:10

Avropanın nəhəng klubları Superliqa yaradır

18 Apr 2021 19:40

Xanımlara xəbərdarlıq: Maska taxanda bunu etməyin - AÇIQLAMA

18 Apr 2021 18:50

Azərbaycan Premyer Liqasının mükafatçılarından ikisi bəlli oldu

18 Apr 2021 17:10

Bakıdakı “Formula-1” ilə bağlı qərar

18 Apr 2021 15:30

Xalq artisti Eldar Quliyev dəfn olundu - Fotolar

18 Apr 2021 14:10

Xalq Artisti Eldar Quliyevlə vida mərasimi keçirilir

18 Apr 2021 12:40

Sabah 22 dərəcə isti olacaq

18 Apr 2021 12:05

İdmançılarımız Avropa çempionatında mübarizəyə başlayır

18 Apr 2021 11:45

Boksçularımız dünya birinciliyində 1/4 finala vəsiqə qazandı

18 Apr 2021 09:35

Ramazanın beşinci gününün imsak və iftar vaxtları - Günün duası

17 Apr 2021 22:15

Tbilisidə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edildi - Fotolar

17 Apr 2021 19:45

“Güzgüdə özümü görəndə dəhşətə gəldim” - Bədəninin 70 faizi yanan aktyor

17 Apr 2021 18:05

Azərbaycan istehsalı olan maşınların sayı açıqlandı - Foto

17 Apr 2021 17:15

“İstəyirəm böyüyüm, əsgər gedim, qəhrəmanlıq göstərim...“

17 Apr 2021 14:35

Ramazan ayının dördüncü gününün imsak, iftar vaxtları - Günün duası

16 Apr 2021 22:25

“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - Fotolar + Video

16 Apr 2021 17:15

Gəncədə çəkilən foto Türkiyədə “İlin media fotosu” seçildi - Video

16 Apr 2021 15:45

Kapital Bank müştəriyə kart verməkdən imtina etdi: “Siz xərçəng xəstəsisiniz”

16 Apr 2021 13:35

Neft şirkətlərinə 60 milyard təzminat – 2 nazirliyin qərarı

16 Apr 2021 11:30

Ramazan ayının 3-cü gününün duası - İmsak və iftar vaxtı

16 Apr 2021 09:35

“Nazirlər Kabinetinin bu tələbi ləğv edilməlidir”

16 Apr 2021 08:55

Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azaldı

16 Apr 2021 01:10

Ramazan ayının üçüncü gününün imsak, iftar vaxtları - Günün duası

15 Apr 2021 22:15

Zəngəzur dəhlizi regiona nə verəcək? - ŞƏRH

15 Apr 2021 14:10

Şuşaya çəkilən “Zəfər yolu”ndan son görüntülər - FOTOSESSİYA

15 Apr 2021 13:20

“365 günün 30 gününü eyş-işrətdən uzaq olsalar...“ - Mirmahmud Mirəlioğludan Ramazan AÇIQLAMASI

15 Apr 2021 12:50

Kasıblığı ölçən ən vacib indikator - Qazancın 25 faizdən çoxu ərzağa xərclənirsə...

15 Apr 2021 12:10

“Yaşma“ yarımstansiyası əsaslı şəkildə yenidən qurulur - Video

15 Apr 2021 11:40

Sürücülərin nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz

15 Apr 2021 09:00

AZAL Bakı-Naxçıvan reyslərinin sayını azaltdı

15 Apr 2021 08:50

Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları: Günün duası

15 Apr 2021 00:15

Ramazan ayının hikmət və fəzilətləri

14 Apr 2021 18:25

Ata yurdumun xarabalığında: Xəcalət çəkdim...

14 Apr 2021 15:55

Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur

13 Apr 2021 18:25

Avtomobillərin bu hissəsinə plyonka yapışdırılması qadağan edildi - RƏSMİ

12 Apr 2021 18:55

Anar, Kamal Abdulla və Rasim Balayev AzTV-də: Bədii Şuranın tərkibi dəyişdi - Fotolar

12 Apr 2021 18:35

Maşınlara plonka çəkilməsi ilə bağlı dəyişiklik olacaq Prezident fərman imzaladı

12 Apr 2021 18:35

““BakuBus”un özəlləşdirilməsi lazımdır”

11 Apr 2021 13:35

“Oğlumun 50 yaşı var, imkansızlıqdan onu evləndirə bilməmişəm”

11 Apr 2021 07:35

Azərbaycanda ucuz maşınlar satışa çıxarıldı – Siyahı

10 Apr 2021 08:45

Faciənin buynuzu olmur, axırı yaxşı olmayacaq bunun...

08 Apr 2021 17:10

Qarabağ qazisi icra başçısından Prezidentə şikayət etdi: Son ümid yerim Sizsiniz!

08 Apr 2021 12:55

“Heç kim məni narahat etməsin“ - Çingiz Abdullayev

08 Apr 2021 10:10

“Heç kim məni narahat etməsin“ - Çingzi Abdullayev

08 Apr 2021 09:45

Nazirliklərin avtomobilləri satışa çıxarılır - 1000 manata maşın

08 Apr 2021 08:20

Villanızda bayquşlar ulasın!... 

05 Apr 2021 11:50

Hakerlər Mark Zukerberqin şəxsi məlumatlarını oğurladı

04 Apr 2021 19:30

Yarım milyard “Facebook” istifadəçisinin şəxsi məlumatları internetə sızdı

04 Apr 2021 00:40

Nazirlik deputata sərt cavab verdi: Bu cür subyektiv və əsassız fikirlər...

02 Apr 2021 16:50

Yediklərini o generalların burnundan gətirmək lazımdır...

01 Apr 2021 15:00

Doğum gününü qeyd edən deputat: “Daha heç bir arzum qalmadı“

01 Apr 2021 11:20

Ondan aldığım ləzzəti Cenifer Lopez də əvəz eldə bilməz 

01 Apr 2021 08:30

İcra başçısı prezidentə şikayət edən sakini cərimələtdi: Salyanda qəribə olay

31 Mart 2021 17:45

Bu gün qəbristanlıqdan gül oğurlayıb satan, sabah vətəni də satar!

28 Mart 2021 21:50

“İnstagram”da problem yaranıb

24 Mart 2021 23:25

Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet trafikini nəzarətə götürür

24 Mart 2021 23:15

Son günlər smartfonlardakı proqramlar niyə tez-tez donur?

24 Mart 2021 09:55

Biz Şuşada tonqal yandırırıq, ermənilər için-için yanır...

21 Mart 2021 13:10

Qarabağ müharibəsi “Bayraktar”ların müştərisini artırdı

20 Mart 2021 20:50

Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama

20 Mart 2021 00:10

Fərhad Əhmədov onları işlədib pulunu vermədi

17 Mart 2021 16:05

Gömrük Komitəsinin qarşısında aksiya başladı  - Video

10 Mart 2021 12:40

Gömrük Komitəsinin qarşısında aksiya başladı 

10 Mart 2021 12:30

“Pandemiya başa çatmayıb, bu virus dolaşacaq” Prezidentlə MÜSAHİBƏ

19 May 2020 17:25

“Mühacirət həyatı 30 ildən sonra məni də “əzdi”” MÜSAHİBƏ

19 May 2020 16:00

Şəhid abidələrimiz Natavan, Hacıbəyli, Bülbül gec-tez Qarabağa qayıdacaq - Jalə Əliyeva

19 May 2020 15:55

“Vətəndaşların mənzil hüququnun səmərəli təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:35

“Vətəndaşların mənzil hüququnun təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:30

“Cəmiyyətin ciddi vətəndaş məsuliyyətinə ehtiyacı var” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 13:40

“İndi xalq bizdən əsər yox, adamlıq gözləyir”  Əkrəm Əylisli ilə MÜSAHİBƏ

17 May 2020 09:00

Qeydə alınan partiyanın sədri planlarını AÇDI: “Biz o boşluğu doldurmağa çalışacağıq” MÜSAHİBƏ

15 May 2020 09:45

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir” MÜSAHİBƏ

14 May 2020 17:00

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir”

14 May 2020 14:55
All