Oleq Krapivin Ordumuza 20 min dollar ianə etdi

Oleq Krapivin Ordumuza 20 min dollar ianə etdi
30 Okt 2020 14:50
79

Azərbaycan yığmasının sabiq güləşçisi, SSRİ-nin əməkdar məşqçisi, uzun müddət Ukraynada yaşayan və Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapivin Azərbaycan Silahlı Qüvvələrinə dəstək olub.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, ordumuz üçün yaradılmış fonda 20 min dollar köçürüb.

Qeyd edək ki, Oleq Krapivin Şamaxıda anadan olub. Doğulduğu şəhərdə hər il onun şərəfinə sərbəst güləş üzrə gənclər turnirlərinin keçirildiyi “Şirvan” idman klubunu tikdirib.

Krapivinin rəhbərliyi ilə Ukrayna-Azərbaycan, Heydər Əliyev adına təhsil, elm, mədəniyyət, idman mərkəzi qurulub. Azərbaycan dilini öyrənmək üçün bazar günü məktəbi açılıb.

Onun köməyi ilə “Vətən” vokal və rəqs ansamblı yaradılıb, Kiyevin “Bakineç” idman klubu açılıb.

2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Oleq Krapivinə “Əməkdar Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adını verib.

 

Oxşar xəbərlər