"Oğlanlarımız həyatlarını qurban verdilər, amma ortada nəticə yoxdur" - Edik Bağdasaryan

"Oğlanlarımız həyatlarını qurban verdilər, amma ortada nəticə yoxdur" - Edik Bağdasaryan

"Oğlanlarımız həyatlarını qurban verdilər, amma ortada nəticə yoxdur" - Edik Bağdasaryan

“Siz başa düşmürsünüz ki, oğlanlarımız nə üçün həyatlarını qurban verdilər, amma nəticədə demək olar ki, heç nə olmadı”.

Polemika.az xəbər verir ki, bu sözləri “Hetq” qəzetinin baş redaktoru Edik Bağdasaryan mətbuat konfransında bildirib.

 O, müharibədəki məğlubiyyəti həzm etməyərək qeyd edib ki, 44 günlük müharibə ermənilər üçün uduzulacaq müharibə deyildi:

“Biz doğrudan da bu müharibəni apara bilməzdik, çünki bu, aparılmalı müharibə deyildi. Lakin biz o məğlubiyyətə də layiq deyildik, ona görə ki, əsgərlərimiz həqiqətən də qəhrəmancasına döyüşürdülər.

Oktyabrın 28-dək bütün cəbhə müdafiə olundu, sonra yuxarıdan cənub cəbhəsindən geri çəkilmək əmri veriləndə, bütün cəbhə o hissədə az qala dağılacaqdı. Bundan sonra, mövqelərimiz yarıldı və azərbaycanlılar gəlib Şuşaya çatdı", - deyə Bağdasaryan bildirib.

O qeyd edib ki, müharibə araşdırılmalıdır, çünki cəmiyyətdə tez-tez əsgərlər və zabitlər ordunun döyüşməməsində ittiham olunurlar:

“Belə bir şey yoxdur, ordu sona qədər döyüşüb. İstintaqı nə vaxt bitirəcəyimizi bilmirəm, əslində, çox çətindir. Biz yüzlərlə qurbanın ailələri ilə görüşmüşük. Bu müharibə, uduzmaq üçün deyildi”, - deyə Baş redaktoru əlavə edib.

Rafi MÜSLÜMOV

"Oğlanlarımız həyatlarını qurban verdilər, amma ortada nəticə yoxdur" - Edik Bağdasaryan