"Nə olsun gülləni erməni atır, əsas odur ki, rusların gözünün qabağında atır..."

"Nə olsun gülləni erməni atır, əsas odur ki, rusların gözünün qabağında atır..."

"Nə olsun gülləni erməni atır, əsas odur ki, rusların gözünün qabağında atır..."

Ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz 23 dəfə atəşə tutulub. Maraqlısı odur ki, Azərbaycanın mövqeləri sülhməramlılar olan bölgədən atəşə tutulur. Sülhməramlılara yeni komandan təyin olunandan sonra vəziyyət daha da pisləşib. Ermənilər özlərini çox rahat hiss edirlər. 

Bu prosesin qarşısı necə alınmalıdır? Qarabağdakı rsu sülhməramlıları separatçı rejimin "nazı" ilə nə qədər oynayacaq? 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu mövzu ilə bağlı Polemika.az-a açıqlama verib:

“Torpaqları işğaldan tam azad edib müharibəni axıra çatdırmaq lazım idi ki,  tam qələbə əldə olunsun. Sülhməramlılara Vladimr Putin özü də rəhbərlik etsə, döyüş davam edəcək. Sonuncu terrorçu ölənə qədər dayanmayacaq. Bunun günahı həm də bizdədir. Atəşkəs niyə olmalı idi ki, 20 dəfədən çox pozulsun? Həmin atəşin gəldiyi nöqtə yerlə yeksan edilməlidir. Müharibə bitməyənə qədər belə olacaq.

Düşmən düşmənçiliyini davam etdiri, amma biz gələcəkdə birgəyaşayışdan danışırıq. Rusiyanın Azərbaycana düşmən münasibətinə düşmən münasibət bəsləməyən bizdən deyil. Azərbaycan ordusunun qabağında durmaq lazım deyil, əmr vermək lazımdır ki, məsələ həll olunsun. Ordumuz da buna qadirdir”.

Polemika.az saytının baş redaktoru Seymur Verdizadənin sözlərinə görə, sülhməramlılara xəbərdarlıq etməyin vaxtı çatıb: " Təəssüf ki, Qarabağdakı rus sülhməramlıları öz mandatlarına uyğun fəaliyyət göstərmirlər. Onların sülhməramı deyil, erməniməramlı olduğu hamıya məlumdur. Məhz onların nəzarətində olan ərazilərdən mövqelərimiz atəşə tutulursa, bunun məsuliyyəti birbaşa sülhməramlıların üzərinə düşür. Nə olsun ki, gülləni erməni atır, əsas odur ki, rusların gözünün qabağında atır. Ruslar ya o atəş nöqtəsini susdurmalıdırlar, ya da gedib başqa yerdə ermənipərəstlik etməlidirlər". 

Mehri QURBAN

"Nə olsun gülləni erməni atır, əsas odur ki, rusların gözünün qabağında atır..."