Nüfuzlu bankdan proqnoz: 2022-də COVID təlaşı bitəcək

Nüfuzlu bankdan proqnoz: 2022-də COVID təlaşı bitəcək

Nüfuzlu bankdan proqnoz: 2022-də COVID təlaşı bitəcək

"JPMorgan Chase Global Research" analitikləri 2022-ci ildə koronavirus pandemiyasının bitəcəyini və qlobal iqtisadiyyatın tam bərpa olunacağını proqnozlaşdırıblar.

Polemika.az “Axios”a istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, yeni peyvəndlərin və terapevtik agentlərin yaradılması qlobal mobilliyin tsiklik bərpasına və geri qayıtmasına, həmçinin istehlakçılardan yığılmış tələbatın sərbəst buraxılmasına gətirib çıxaracaq.

"JP Morgan Bank"ın aparıcı analitiki Marko Kolanovic deyib: "Bu proqnoz əhali arasında sürü toxunulmazlığının əldə edilməsi, eləcə də insan ixtiraçılığı ilə bağlıdır".

Bununla yanaşı, ekspert yeni ildə investorlar üçün mümkün risklər, o cümlədən Avropa və Asiyada geosiyasi gərginliyin artması, enerji böhranı, inflyasiya səviyyəsi ilə bağlı qeyri-müəyyənlik və pul siyasətinin normallaşması ilə bağlı xəbərdarlıq edib.

Bundan əvvəl "Microsoft"un yaradıcısı Bill Qeyts 2022-ci ildə COVID-19 pandemiyasının kəskin mərhələsinin başa çatacağını proqnozlaşdırmışdı.

ÜST-nin məlumatına görə, dünyada 267 milyon COVId-19 xəstəsi var, onlardan 5,2 milyonunu xilas etmək mümkün olmayıb. Ən çətin vəziyyət ABŞ, Hindistan, Braziliya və Böyük Britaniyada müşahidə olunur. Rusiya bu siyahıda beşinci yerdədir.

Nüfuzlu bankdan proqnoz: 2022-də COVID təlaşı bitəcək