Nişanı qaytarılmış qız - "Azərbaycanda əhalinin 80-90 faizi psixi pozuntu

Nişanı qaytarılmış qız

Nişanı qaytarılmış qız - "Azərbaycanda əhalinin 80-90 faizi psixi pozuntu

21 yaşlı K.Bağırova özünü asaraq intihar edib. İntihar edən əvvəllər nişanlı olub və oğlan çox qısqanc olduğu üçün qız evi nişanı qaytarıb. Bu yaxınlarda isə K.Bağırovaya başqa bir oğlan elçi düşüb. Hər iki gəncin razılığı ilə nişan baş tutub.

Qızın əvvəllər nişanlı olması elçilərdən gizlədilib. İşin üstü açılanda nişanının qaytarılacağı söz-söhbəti başlayıb. Nəticədə K.Bağırova özünə qəsd edib: “Mənim ölümümdə heç kəs günahkar deyil”.

Azərbaycanda nişan qaytarmağa niyə pis baxılır?

Nişanın qaytarılması niyə faciə kimi qarşılanır?

Polemika.az-a açıqlamasında psixoloq Aytən Ələkbərli deyib ki, bu sayaq hallar mental düşüncədən irəli gəlir:

““Mental” sözünün mənası psixi pozuntu deməkdir. Bəzən bunu dərindən düşünəndə psixoloq kimi fkirləşirəm ki, necə olur bizim əhalinin 80-90 faizi elə psixi pozuntudan əziyyət çəkir?

Nişanlanan bir qızla oğlanın tanıma mərhələsi növbəti boşanmanının qarşısını almaqdır. İnsanlar bir-birini tanıdıqca “biz sabah bir evdə yaşaya, səhvimiz və düzümüzlə qəbul edə bilərikmi” suallarına cavab verməlidir”.

Psixoloqun sözlərinə görə, kənar müdaxilələr gənclərimizin həyatına son qoyur:

“Diqqət etsələr, xəyanətin də qarşısı alına bilər. Təəssüf ki, kənar müdaxilələr, ikinci, üçüncü şəxslər, sanki qınaq obyektinə çevirilən mental düşüncələr gənclərimizin həyatına son qoyur. Ya onlar özlərini cəmiyyətin mənfi tərəfinə atırlar. “Onsuz da nişanım qaytarılıb, bundan sonra məni kimsə alası deyil”. Bundan sonra pərakəndə, xaotik həyat yaşamağa başlayırlar. Ya da intiharla üz-üzə qalırlar”.

A.Ələkbərova qeyd edib ki, bu məqamda valideynlər diqqətli olmalıdırlar:

““Nişan nədən qaytarıldı” sualını araşdırarkən qızlarının yanında olsunlar, ona dəstək olmağı bacarsınlar. Nişan qaytarılana qədər də hər bir insan öz səhvini axtarıb-araşdırmalıdır.

Bir balaca özümüzü dəyişməyə çalışaq. “Özün üçün yaşa” deyəndə demirik, hər kəs əxlaqi keyfiyyətlərini kənara atsın. İnsan öz ruhuna dəyər verməlidir. Bunları düşünsək, arzularımıza, xəyallarımıza gedə, rahat şəkildə qədərimizi yaza bilərik. Hər ailənin, hər kəsin öz psixoloqu olmalıdır. Bununla biz qadın, kişi psixologiyasını öyrənə bilərik. Bununla da psixi xüsusiyyətlərə uyğun olaraq insanlara yanaşarıq”.

Nəzrin Vahid

Nişanı qaytarılmış qız - "Azərbaycanda əhalinin 80-90 faizi psixi pozuntu