Nazarbayev tapıldı: Ailə üzvləri ilə bu ölkəyə sığınıb

Nazarbayev tapıldı: Ailə üzvləri ilə bu ölkəyə sığınıb

Nazarbayev tapıldı: Ailə üzvləri ilə bu ölkəyə sığınıb

Qazaxıstanın birinci Prezidenti, Elbaşı Nursultan Nazarbayev yanvarın 2-dən 3-dək doğulduğu Almatı yaxınlığındakı Şamalqan kəndində olub. Bundan sonra Nazarbayev Qırğızıstan vasitəsilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçub. AYNA xəbər verir ki, bu barədə “Moskovski Komsomolets”ə Nazarbayevin həmkəndliləri məlumat veriblər.

“Nazarbayev yeni ildən sonra buraya gəldi, xəstə qardaşı Bolatı ziyarət etdi. Bildiyimə görə, o zaman Nazarbayev ailəsinin bəzi üzvləri ilə birlikdə zirehli maşınlara minib Qırğızıstan sərhədinə doğru gedib. Onları orada qarşılayıblar. Onları hava limanına aparıb, oradan da hamısı BƏƏ-yə uçublar”, - deyə kənddə inzibati vəzifə tutan şəxs qəzetə bildirib.

Mənbənin fikrincə, Qırğızıstanın Prezidenti Sədir Japarov Qazaxıstanın sabiq Prezidentinə kömək edə bilərdi: “Nazarbayev 2010-cu ildə Qırğızıstanın keçmiş rəhbəri Kurmanbek Bakiyevi xilas etmişdi. Görünür, Japarov Nazarbayevə belə cavab verdi”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-də sıxılmış qazın qiymətinin qaldırılması ilə bağlı etirazlar başlayıb. Etirazçılar hökumətin istefasını, yeni seçkilərin keçirilməsini və sabiq Prezident Nursultan Nazarbayevin “klan”ından olan şəxslərin lüstrasiya məsələsinə baxılmasını tələb ediblər.

Nazarbayev tapıldı: Ailə üzvləri ilə bu ölkəyə sığınıb