Nazarbayev haradadır?- Sağdır, yoxsa?

Nazarbayev haradadır?- Sağdır, yoxsa?

Nazarbayev haradadır?- Sağdır, yoxsa?

Qazaxıstanda baş verən hadisələr fonunda dünyanı həm də sabiq prezident Nursultan Nazarbayevin taleyi maraqlandırır. Nazarbayev haradadır?

Hadisələrin ilk günündə Nazarbayevin ailəsinə məxsus xüsusi təyyarə ilə Dubaya getdiyi xəbəri yayıldı.

Orda.kz nəşri Nazarbayevin Qazaxıstanı tərk etdiyini bildirdi: “Bizdə məlumat var ki, birinci prezident və qızları ailələri ilə birlikdə Qazaxıstanı tərk ediblər. Ölkədə yalnız onun böyük qardaşı Bolat Nazarbayev qalıb”.

Daha sonra Nazarbayev ailəsinə məxsus təyyarənin Qırğızıstandn uçduğu deyildi. Hətta Nazarbayevin yaxınlarının həbs olunduğuna dair də xəbərlər vardı. Doğrudur, sonra bu xəbərlər təkzib olundu, ancaq Qazaxıstanda əslində nə baş verdiyi hələ dəqiq məlum deyil.

İndi isə xəbər yayılıb ki, Nazarbayev paytaxt Nur-Sultandadır. Cebhe.info xəbər verir ki, bu barədə onun sözçüsü Aydos Ukibaya “Twitter”-də yazıb. “Elbaşı Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir”, -deyə məlumatda deyilir.

Onun sözlərinə görə, Nazarbayev Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə görüşlər keçirir və birbaşa təmasdadır.

Ancaq bir çoxları hesab edir ki, bu açıqlama N.Nazarbayevin öldürüldüyü barədə xəbərlərdən sonra bilərəkdən dövriyyəyə buraxılıb və indiki hakimiyyətin xüsusi fəndidir.

Bəs həqiqət nədir? Bunu yəqin ki, Kremldən, Qazaxıstan hakimiyyətindən və Nazarbayevin ailəsindən başqa kimsə bilmir.

Xatırladaq ki, Qazaxıstanda yeni ildən sonra maye qazın bahalaşması ilə bağlı etirazlar başlayıb. Hökumət istefa verib, KTMT Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Orda.kz respublikanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verib ki, etiraz aksiyaları nəticəsində 4 minə yaxın saxlanılan var. Ölü sayı ilə bağlı fərlqi rəqəmlər mövcuddur.

Nazarbayev haradadır?- Sağdır, yoxsa?