Nərə balığı satanlar cəzalandırıldı

Nərə balığı satanlar cəzalandırıldı

Nərə balığı satanlar cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Siyəzən şəhərində fəaliyyət göstərən balıq bazarında keçirilən nəzarət tədbirləri zamanı nərə balıqlarının satılması faktı aşkar olunub.

Polemika.az xəbər verir ki, bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, ovlanması qanunla qadağan olunmuş nərə balıqlarını satan şəhər sakini Kənan Əskərov barəsində akt tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

H.Əlizadənin sözlərinə görə, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində monitorinqlər davam etdirilir.

Nərə balığı satanlar cəzalandırıldı