Məşhur müğənninin oğlu və nəvəsi sərhəddə yaxalandı

Məşhur müğənninin oğlu və nəvəsi sərhəddə yaxalandı

Məşhur müğənninin oğlu və nəvəsi sərhəddə yaxalandı

Ukrayna-Moldova sərhəddində məşhur müğənni Sofiya Rotarunun oğlu və nəvəsi də daxil olmaqla, 9 nəfərdən ibarət qrup saxlanılıb.

Polemika.az “Strana.ua”ya istinadla xəbər verir ki, onlar Mogilyov-Podolski şəhəri yaxınlığında Ukraynanın dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər.

Saxlanılanlar arasında çağırış yaşında olan 8 ukraynalı və qondarma "bələdçi" - Moldova vətəndaşı olub. Moldovaya keçənlər arasında müğənni Sofiya Rotarunun oğlu Ruslan Yevdokimenko və nəvəsi Anatoli Yevdokimenko tanınıblar.

 

Məşhur müğənninin oğlu və nəvəsi sərhəddə yaxalandı