Məşhur müğənninin maşınından oğurluq edən şəxs tutuldu - Video

Məşhur müğənninin maşınından oğurluq edən şəxs tutuldu

Məşhur müğənninin maşınından oğurluq edən şəxs tutuldu - Video

Daxili İşlər Nazirliyi (DİN) müğənni Səmra Rəhimlinin avtomobilindən oğurluq edən şəxslə bağlı məlumat yayıb. 

DİN-in mətbuat xidmətindən Polemika.az-a verilən məlumata görə, Binəqədi rayonunda gecə saatlarında “Chevrolet”  markalı avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törədən  əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov tutulub.

Araşdırma zamanı onun qeyd edilən avtomobilin şüşəsini sındıraraq oradan pul oğurladığı müəyyən edilib. Fərid Qasımov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Həmin şəxs 3 ay müddətinə inzibati qaydada həbs edilib. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, müğənni sosial şəbəkə hesabında oğrunun saxlanıldığını bildirib.

Məşhur müğənninin maşınından oğurluq edən şəxs tutuldu - Video