“Mən pulu Tağıdan almışam, oğlu 100 dəfə zəng eləyib...”

“Mən pulu Tağıdan almışam, oğlu 100 dəfə zəng eləyib...”

“Mən pulu Tağıdan almışam, oğlu 100 dəfə zəng eləyib...”

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun adı keçən 2 milyonluq dələduzluq işi üzrə məhkəmə araşdırması davam edib.

Musavat.com xəbər verir ki, bu iş üzrə təqsirləndirilən Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarovdur. Onlardan yalnız Səadət Xəlilov həbsdə idi. Lakin onlar dekabr ayında keçirilən məhkəmə iclaslarına gəlmədilər. Məhkəmə barələrində həbsli axtarış elan etdi. Qulu Muxtarov və Sahil Abuşov həbs ediləndən sonra işləri Səadət Xəlilovun işindən ayrıldı.

Səadət Xəlilovun işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutub. Sonuncu prosesdə Səadət Xəlilova hökm oxunub.

Hökmdən əvvəl Sədaət Xəlilov son sözündə məhkəmədən ədalət istəyib.

Deyib ki, Tağı Əhmədovun dostu olan Soltan Əliyevi zərərçəkmiş kimi tanımır: "Mən pulu Tağıdan almışam. Mənə ən çox Tağının oğlu, qardaşı, qardaşı oğlu zəng edib. Oğlu 100 dəfə zəng eləyib. Amma onlar dindirilməyib.

İstintaq düzgün aparılmayıb. Tağı indi əlil kreslosuna oturub, yenə məhkəməyə təsir eləyir.

Tağı həmişə deyirdi ki, heç kim bilməsin sənə pul verdiyimi. Tağının oğlunu Rauf Əhmədovu tanımayan var? İndi də pullarını tələb edir.

Mən bilirəm taleyim nə olacaq. Amma yenə də ədalətli olmağınızı istəyirəm. Çünki mən bu işi belə qoymayacam".

Hökmə əsasən Səadət Xəlilov 9 il müddətinə azadlıqdan məhrum edilib. 

İş üzrə zərərçəkmiş şəxs AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. Soltan Əliyev və Tağı Əhmədov yaxın dostdur. 

Soltan Əliyev deyib ki, təqsirləndirilən Səadət Xəlilov bu hadisə baş vermədən illər əvvəl ona işbirliyi təklif edib. Birlikdə iş görüblər, amma Səadət Xəlilov ona 2 milyon borclu qalıb.

“Mən pulu Tağıdan almışam, oğlu 100 dəfə zəng eləyib...”