Məftil oğruları "iş" başında yaxalandı

Məftil oğruları "iş" başında yaxalandı

Məftil oğruları "iş" başında yaxalandı

Daşkəsəndə dövlət müəssəsəsindən 37 min manatlıq oğrulluq etmək istəyən dəstə saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, “Alunit” İstehsalat Sahəsinin ərazisindən külli miqdarda metal məfti (tros) və çəpərləri oğrulamağa cəhd edən şəxslər “iş” başında yaxalanıb.

Qabaqcadan əlbir olan bu şəxslər Daşkəsən rayon sakinləri Niyazi Məmmədov, Vüqar Alıyev, Eşqin İmamverdiyev və Elnur Əsgərovdur. 

Onlar dövlətə ümumi dəyəri 36.993 manat olan zərər vurmaq istəyiblər.

Faktla bağlı Daşkəsən RPŞ-də zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məftil oğruları "iş" başında yaxalandı