“Müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik...” – Turan İbrahimov 

“Müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik...” – Turan İbrahimov 

“Müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik...” – Turan İbrahimov 

“Bizim vaxtımızda müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik, valideyinimiz də bütün hallarda müəllimin ayağını bizə vermirdi. Haqqına…”.

“Polemika.az” xəbər verir ki, bunu teleaparıcı Turan İbrahimov sosial şəbəkədə yazıb. O, son günlərin gündəminə çevirilmiş  məktəb direktorunun şagirdi vurması hadisəsi fonunda fikrini belə davam etdirib:

“Çox şükür, nə fiziki, nə də psixi travmamız var. Tam əksinə yerimizi bilmişik, başqasının da yerini dar etməmişik. 

Bu nədir? Müəllimlər uşağa səsini qaldıran kimi, sosial şəbəkələrdə hay-küy qopur. Müəllimlərin üzərinə bu qədər gediləcəksə, müəllimlik institunun nə hörməti qalacaq, nə də nüfuzu. Uşaqlar da özünü üstün sanıb daha da azğınlaşacaq. 

Şəxsən mən oğluma demişəm ki, “eşidəm-biləm müəllimlərə qarşı nəsə səhvin olub, məndən incimə”. Müəllim haqsız olsa belə, bunu böyüklər çözməlidirlər. Uşaqlar üçünsə haqlı olan, həmişə müəllim olmalıdır”.

 

“Müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik...” – Turan İbrahimov