Muzdlular barəsində beynəlxalq axtarış elan edilib

Muzdlular barəsində beynəlxalq axtarış elan edilib
30 Okt 2020 15:35
82

"Düşmən tərəfindən Azərbaycana qarşı hücumlarda əcnəbi muzdluların döyməsi faktları ilə bağlı cinayət işlərinin istintaqı davam edir.

Yenisabah.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, muzdluların qarşı tərəfdə döyüşməsi sübutlarla təsdiq olunub.

Baş Prokuror deyib ki, onların sırasında Gürcüstan, Fransa, ABŞ, Belarus və digər ölkələrdən olan ermənilər də var və həmin muzdlulardan 6 nəfər barəsində beynəlxalq axtarış elan edilib:

"Gürcüstan Respublikasının vətəndaşı Vaaqn Çaxalyan - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2, 114.3, 279.3, 318.2 və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. Fransa Respublikasının vətəndaşı Gilbert Minassyan - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2,114.3, 279.3, 318.2 və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. Fransa Respublikasının vətəndaşı Hamlet Hovsepiyan - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214, 214-1 və digər maddələrlə təqsirləndirilən şəxs ismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. ABŞ vətəndaşı Aruşan Badasyan - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214, 279, 318 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, beynəlxalq axtarışa verilib. Belarus vətəndaşı Serov Sergey Valeryeviç - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214, 279, 318 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. Fransa Respublikasının vətəndaşı Artur Ohannisyan - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2, 114.3, 279.3, 318.2 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib.

Bundan başqa, Fransa Respublikasının vətəndaşı Sipan Koroğluyan, Sipan Muradyan, Yunanıstan vətəndaşı Aren Osipov, İspaniya Krallığının vətəndaşı Armen Knyazyan, Livan Respublikasının vətəndaşı Gevrq Haciyan, Suriya Ərəb Respublikasının vətəndaşı Stepan Keşişyan, Kanada vətəndaşı Kristofer Artin, Fransa Respublikasının Marsel şəhərindən olan adları müəyyənləşməmiş 15 nəfər adları məlum olmayan şəxslə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində 2 cinayət işinin istintaqı aparılır".

Muzdlular barəsində beynəlxalq axtarış elan edilib

Oxşar xəbərlər