Dünya
02 Mart 2021 11:05
Müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma olub
Gürcüstan parlamentinin ətrafında vəziyyət gərginləşib.
Yenisabah.az xəbər verir ki, avtomobil yolunu bağlamağa cəhd edən piketçilər və polis arasında fiziki qarşıdurma baş verib.
İnsident zamanı bir neçə nəfər saxlanılaraq ərazidən uzaqlaşdırılıb.
Qanunverici orqanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Deputatlar parlamentin binasına aksiyaçıların fit səsləri və “Qullar!” şüarı fonunda daxil olurlar. (Report)