"Müsəlman ölkələri İraq, Suriya, Liviya, Əfqanıstanda baş verənlərdən lazımi nəticə çıxarmayıblar"

"Müsəlman ölkələri İraq, Suriya, Liviya, Əfqanıstanda baş verənlərdən  lazımi nəticə çıxarmayıblar"

"Müsəlman ölkələri İraq, Suriya, Liviya, Əfqanıstanda baş verənlərdən lazımi nəticə çıxarmayıblar"

“Qazaxıstan hadisələrindən sonra sosial şəbəkələrdə “Qazaxlarca da olmadıq”, “eşq olsun Qazax xalqına”, “Qazax xalqı öz hüquqlarını tələb edir” fikirlərinin geniş yayıldığının çoxumuz şahidi olduq. Hətta məsələnin mahiyyətindən tam agah olmayan müəyyən qruplar daha da irəli gedərək Azərbaycan xalqını Qazaxlardan nümunə götürərək küçəyə çıxmağa çağırdı”.

Polemika.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Ceyhun Məmmədov söyləyib. O, Azərbaycan xalqı qədər siyasətlə məşğul olan ikinci xalq olmadığını deyir:

“Bəlkə də Azərbaycan qədər dünyada əhalisinin xeyli hissəsinin siyasətlə məşğul olduğu ikinci ölkə yoxdur. Demək olar ki, az olmayan sayda insan siyasi təhlil və proqnozla məşğuldur. Bir sıra hallarda bu qruplar qarşı tərəfi təhdid və təhqir etməkdən belə çəkinmirlər. Qazaxıstanda baş verən hadisələrin artıq ilkin nəticələri göz qabağındadır. Bu da reallıqdır ki, Nursultan Nazarbayev Qazaxıstan dövləti üçün çox işlər görmüşdü”.

Deputat müsəlman ölkələrində baş verən proseslərin ciddi təhlil edilməli olduğunu bildirib:

“Müsəlman ölkələrində baş verən hadisələrin hər biri ayrı-ayrılıqda təhlil edilməli, düzgün dərs çıxarılmalıdır. Təəssüf ki, hələ də İraq, Suriya, Liviya, Əfqanıstanda baş verən hadisələrdən müsəlman ölkələri lazımi nəticə çıxarmayıblar. Bu gün hələ də bu ölkələrdə istiqrar və sabitlik tam təmin olunmayıb. Onu da unutmayaq insanları küçəyə çıxmağa təhrik etmək işin ən asan tərəfidir. Bəs kütləni idarə etməyin asan olduğunu düşünənlər özləri bu kütləni idarə etməyə nə qədər hazırdırlar? Ümumiyyətlə idarə olunmaz həddə çatan kütləni idarə etmək mümkündürmü?”

Məmmədov Azərbaycanın qarşısında ciddi vəzifələr olduğunu da qeyd edib:

 “Ölkəmizə gəldikdə Azərbaycan 30 ildə böyük inkişaf yolu keçib. Qarşıda müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin gücləndirilməsi kimi mühüm vəzifələr durur.

Ölkədə müəyyən problemlərin olmasını heç kim inkar etmir. Bu barədə dəfələrlə Prezident İlham Əliyev xalqla fikirlərini bölüşüb. Dövlət məmurlarını sərt tənqid edib. Son illər fəaliyyətində neqativ hallara yol verən bir sıra məmurlar ciddi cəzalandırılıb. Hazırda Azərbaycanda ayrı-ayrı sahələrdə islahatlar davam edir. Eyni zamanda nəzərə almalıyıq ki, hazırda Qarabağla bağlı məsələlərin ən həssas məqamlarından birindəyik. İndi bizə daha çox sabitlik, əmin-amanlıq, birlik və həmrəylik lazımdır. Bu gün Azərbaycanın yerləşdiyi coğrafi ərazini digər ölkələrlə müqayisə etmək də yanlışdır. Azərbaycan çox ağır və həssas bölgədə yerləşir, Burada marağı olanlar az deyil.

Sonda onu da qeyd edim ki, bu gün Azərbaycan dövləti kifayət qədər güclüdür. Ölkəyə yönələn bütün təhtidlərin qarşısını almaq iqtidarındadır. Ölkəmizin güclənməsi, müstəqilliyimizin daha da möhkəmlənməsi yalnız dövlətdən və dövlət məmurlarından asılı məsələ deyil. Biz hamımız bir gəmidəyik, bu gəminin sağ-salamat yola davam etməsi üçün hər birimiz çalışmalıyıq. Hər kəs üzərinə düşəni etməlidir”.

"Müsəlman ölkələri İraq, Suriya, Liviya, Əfqanıstanda baş verənlərdən lazımi nəticə çıxarmayıblar"