Mükəmməl səhər yeməyinin resepti

Mükəmməl səhər yeməyinin resepti

“Səhər yeməyinin əsasını içərisində pomidor, xiyar, göyərti, brınza və ya ağ pendir olan salat təşkil etməlidir”.

Yenisabah.az xəbər verir ki, bunu diyetoloq İrina Dyadikova “Rossiyskaya Gazeta”ya verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, salatın üzərinə limon suyu ilə bir çay qaşığı günəbaxan yağı əlavə etmək lazımdır. Diyetoloq bildirib ki, eyni dərəcədə faydalı alternativ səhər yeməyi, bir qaşıq qaymaq əlavə etməklə suda qaynadılmış buğda və ya yulaf əzməsidir.

“Səhər yeməyinə kiçik pendir parçası və yumurta əlavə edilə bilər. İçki kimi təzə üyüdülmüş qəhvəni seçmənizi tövsiyə edirəm”. (Report)