“Müharibənin aktiv fazası 2-3 həftəyə başa çatmalıdır” - Arestoviç

“Müharibənin aktiv fazası 2-3 həftəyə başa çatmalıdır” - Arestoviç

“Müharibənin aktiv fazası 2-3 həftəyə başa çatmalıdır” - Arestoviç

Ukraynadakı müharibənin aktiv fazası 2-3 həftə ərzində başa çatmalıdır.

Polemika.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç özünün “Telegram” kanalında bildirib.

O qeyd edib ki, ukraynalıların öz evlərinə tezliklə qayıda biləcəyinə ümid edir.

“Kiyev, Xarkov, Çerniqov və Sumı ətrafında hərbi əməliyyatların aktiv fazası demək olar ki, bitib. Əgər onlar haradansa əlavə qüvvə toplayıb, hücuma keçsələr də, istənilən halda bu onların məğlubiyyəti ilə nəticələnəcək. Onlar strateji baxımdan uduzublar, operativ baxımdan da uduzacaqlar. Düşünürəm ki, aprelin ortaları, sonları üçün Kiyevdən çıxan sakinlər geri qayıda biləcək”, - deyə Arestoviç bildirib./Modern.az

“Müharibənin aktiv fazası 2-3 həftəyə başa çatmalıdır” - Arestoviç