“Mühacirət həyatı 30 ildən sonra məni də “əzdi””  <font  color="red">  MÜSAHİBƏ</font>

“Mühacirət həyatı 30 ildən sonra məni də “əzdi”” MÜSAHİBƏ

Cavad İsmayıl: “İqtidardakı bəzi qrupları kənardan durub seyr edirlər ki, hakimiyyət nə isə səhv buraxsın”

 

Xarici ölkələrdə yaşayan, lakin buna rəğmən öz vətənini düşünən, xalqa uzaqdan da olsa fayda vermək istəyən soydaşlarımız az deyil. Belə şəxslərdən biri də artıq uzun illərdir ki, ABŞ-da yaşayan, əslən Cənubi Azərbaycandan olan jurnalist Cavad İsmayıldır. ABŞ-a köçdükən sonra 15  ilə yaxın Güney azərbaycanlılarının yaratdığı “GünAZ TV” kanalında çalışan C.İsmayıl bu yaxınlarda sırf soydaşlarımız üçün nəzərdə tutulan yeni internet televiziya yaradıb. Xaricdə yaşayan Azərbaycanlı Həkimlər Asossasiyasının dəstəyi ilə formalaşan kanalda azərbaycanlılar üçün aktual olan sağlamlıq və mədəniyyət mövzularına toxunulur.

 

Cavad İsmayıl yaradılan kanal və digər məsələlər haqqında sualları Modern.az-a müsahibəsində cavablandırıb:

 

- Cavad bəy, ilkin olaraq qısa da olsa özünüz haqqında məlumat verərdiniz…

- 1963-cü ilin 11 sentyabrında Cənubi Azərbaycandakı Biləsuvarda doğulub, orta təhsili orda almışam. Təhsili bitirdiyim müddət İran-İraq savaşı dövrünə düşdüyünə görə məzun olan kimi əsgərliyə apardılar. Həyatımın ən acınacaqlı 30 ayını da məhz əsgərlik dövründə yaşadım. Hətta bizim evə xəbər göndərmişdilər ki, mən ölmüşəm, ailəm də  bu xəbərdən yasa batmışdı. Əsgərlik bitdikdən sonra ali təhsil almaq üçün imtahan verdim. İdman sahəsi mənə yaxın olduğu üçün elə o sahədə də oxumaq istəyirdim. İmtahan verib universitetə qəbul olundum. İran İslam dönəmi idi və “Səlahiyyət” deyilən bir idarə var idi. Gərək namaz qılardın, oruc tutardın ki, səni universitetə qəbul etsinlər. Mən isə elə indi də olduğu kimi, o vaxt da ibadətdən uzaq idim. Buna görə də ibadət etmədiyim halda universitetə qəbul olunduğum üçün qəzetlərdə, xəbərlərdə mənim haqqımda yazılar getdi. Belə olandan sonra mənə səlahiyyət verilmədi. Mən də düşündüm ki, gənclik illərim gedir. Qərar verdim ki, gəlim Azərbaycanda öz ana dilimdə təhsil alım. Tehranda Azərbaycana viza alıb dostlarımla Bakıya gəldik. Bakıya gələn kimi təhsil məsələsi ilə maraqlandım. Açığı məni çox get-gələ saldılar. Sonra Təhsil Nazirliyində o zamankı millət vəkili Ədalət Rəhimov məni qarşıladı. Onun köməyi ilə sənəd hazırlandı, hazırlıq kursuna başladım. Sonra Bakı Dövlət Universitetində Radio-Televiziya ixtisasına yiyələndim. Universitetdən sonra magistr təhsili aldım. Sonra müxtəlif qəzetlər üçün yazılar verir, Qulu Məhərrimlinin rəhbərlik etdiyi “Səhər” kanalı ilə əməkdaşlıq edirdim. Şirməmməd Hüseynovla tez-tez arxivə gedirdik, ona məqalələri oxuyurdum, müəllim də qeydlərini edirdi. Bununla bərabər “Qədim musiqi alətləri ansamblı”nın üzvü idim, ney ifa edirdim. İndi də AzTV kanalında neylə ifa etdiyim musiqiləri zaman-zaman yayımlayırlar. Yəni həm mətbuatda, həm də mədəniyyət sahəsində fəaliyyətim olub. Sonra qərar verdim ki, mühacirət etmək lazımdır. Ona görə də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlarla İş üzrə Ali Komissarlığının Bakı ofisinə müraciət etdim. Daha sonra ABŞ-a gedə bildim. Amerikaya  gedəndə qərara gəldik ki, televiziya yaradaq. Həmin istəyimiz reallaşdı və bu istəyimiz, yəni “Günaz TV” indi də fəaliyyət göstərir. Həmin kanalda 15 ilə yaxın aparıcılıq etdim. Daha sonra müəyyən səbəblərdən həmin televiziyanı tərk etməyə məcbur qaldım. Televiziyadakı işimdən sonra “Təcili yardım olmayan tibbi transport” adlı şirkət yaratdım. Amma indi həmin iş də karantin rejimi ilə əlaqədar olaraq dayandırılıb.

 

- Cavad bəy, ABŞ-da insanlar karantin rejiminə əməl edə bilirlərmi? Ölkədə ümumi mənzərə necədir?

- Təəssüflər olsun ki, ABŞ karantin rejimini gec tətbiq etdi, sərhədləri gec bağladı. Amma iqtisadi imkanlar geniş olduğu üçün lazımı tədbirlər görüldü. Hardasa 1 ay yarım bundan əvvəl yardım məqsədi ilə büdcədən 2 trilyon dollardan çox pul ayrıldı. Adambaşına 1200 dollar birdəfəlik ödəmə təyin edildi, uşaqlara isə 500 dollar civarında pul verildi. Bundan başqa, hamıya həftəlik ödəniş edilir, ərzaq yardımı istəyənlərə ərzaq payı verilir. Yəni xalq üçün burda vəziyyət çətin deyil. Lakin ölkənin iqtisadiyyatına ciddi şəkildə ziyan dəyib. Artıq mövcud virusa yoluxanların sayı 1 milyonu keçdiyi üçün sanki hələ indi insanlar bu xəstəliyi ciddiyə almağa başlayırlar.

- Sizin təşəbbüsünüzlə yeni internet televiziyası -“SMTV” fəaliyyətə başladı. Maraqlıdır, yeni kanal yaratmaq ideyası necə formalaşdı?


- “
Günaz TV”dən çıxdıqdan sonra düşündüm ki, müstəqil “Youtube” kanalı yaradım. “Youtube” kanalı yaratmağı ona görə istədim ki, ABŞ-da bu tip kanala 70-80 milyon baxış olur. Ümumiyyətlə, artıq televiziya sıradan çıxır. Burda televizorda hər hansı sevimli verilişinizə baxmaq üçün gərək televizor, peyk anteni, çöl anteni və.s qurğu alasan. Amma olduğun məkandan aslı olmayaraq “Youtube” vasitəsilə istədiyin verilişə baxa bilərsən. Bu baxımdan ABŞ-da televizordan çox bu tip kanallara baxmaq ənənəsi formalaşıb. Buna görə də düşündüm ki, texnologiyanın bu cür inkişafı ilə mədəniyyətimizin carçısı olaq. Çünki gec-tez Azərbaycanda da televizora baxmaq ənənəsi sıradan çıxacaq. Burda azərbaycanlı həkimlərdən ibarət asossiasiya var. Asossiasiyadan mənə təklif irəli sürdülər və bildirdilər ki, kanalda sağlamlıq mövzusuna toxunaq, onlar da dəstək göstərəcəklər. İşin texniki tərəfini bilmədiyim üçün təbrizli bir yoldaşım bu məsələlərdə mənə yardımçı oldu. Elə indi də mənə hansısa problem olanda yardım edir. Dost-tanış olmasaydı yəqin ki, kanalı formalaşdırmaq üçün 100 min dollara yaxın pul lazım idi. Dünyanın bir neçə ölkəsindən olan azərbaycanlı həkimlər var ki, kanalın adını  onlar seçdilər -“Sağlamlıq Mədəniyyət TV”. Hazırda həmin həkimlərlə də əməkdaşlıq edirik, fəal olaraq verilişlərdə iştirak edirlər. Belə qərar vermişik ki, siyasətdən kənar olacağıq. Sağlamlıq mövzusunu seçməkdə əsas məqsəd isə odur ki, bəzən vətəndaşlarımız yanlış həkimlərin yanına gedib, yanlış müalicə götürürlər. Bu da dünyada yaşayan əksər həkimlərimizi narahat etdiyi üçün onlar istədi ki, öz məsləhətlərini xalqımıza çatdıra bilsinlər, soydaşlarımızın da nə sualı olsa, onlara rahatlıqla ünvanlaya bilərlər. ABŞ-da, bütün dünyada azərbaycanlıların sayı artır. Azərbaycanlı ailəsinin dəyərlərinin qorunması, ənənələrimizin təbliği üçün də sağlamlıqla yanaşı, mədəniyyət sahəsini də seçməli olduq.

 

- Yəqin ki, internet televiziya yaratmaq təşəbbüsünün formalaşmasına karantin rejimi ilə əlaqədar olaraq insanların daha çox evdə vaxt keçirməsi də səbəb olub…

- Xeyr, qətiyyən. Biz kanal yaratmaq haqqında düşünəndə ümumiyyətlə koronavirus məsələsi gündəmdə deyildi. Təxminən 3-4 ay əzrində kanalın formalaşması ilə bağlı fikirlərimizi müzakirə etmişik, ondan sonra addım atılıb. Yəni evdə qaldığım üçün, insanların da boş vaxtı çox olacaq deyə, bu ideya formalaşmadı. Sadəcə, belə bir kanalın olması ehtiyacını duydum və dostların da təşəbbüsü ilə istəyim reallaşdı.   

- Hazırda internet televiziyanızın neçə işçisi var? Yoxsa bütün yük sizin üzərinizdədir?

- Bütün yük mənim üzərimdədir. Çünki veriliş ssenarisini mən yazıram, qonaqlarla mən danışıram, eyni zamanda, kanalın PR məsələsi ilə də məşğul oluram. Təsəvvür edin ki, veriliş yayımlanan zaman belə qonaqların adının, mövzunun ekranda yazılması kimi məsələlərə də mən diqqət etməli oluram, həm də sual verə-verə… Demək istədiyim odur ki, bütün verilişin çətinliyi mənim üzərimdədir. Amma bununla bərabər, Bakıda yaşayan bəzi dostlar var ki, öz vəsaitləri hesabına mənə yardım olurlar, dəstək göstərirlər.

- Gördüyümüz qədəri ilə qonaqlarınız da Azərbaycanda və İranda yaşayan azərbaycanlı mütəxəssislər olur. Verilişlərdə xarici qonaqları görməyəcəyik?

- Sırf səhiyyə ilə bağlı ABŞ-da yaşayan xarici həkimlərin də verilişlərə çağırılmasını nəzərdə tutmuşduq. Lakin çox təəssüf ki, həkimlərə müraciət olunsa da verilişlərə gəlmədilər. Çünki dövlət bildirmişdi ki, dezinformasiya yayılmaması üçün həkimlər verilişlərə çox getməsinlər. Burda yaşayan insanlar isə qanun qarşısında acizdirlər və qanuna tabe olmasalar, ciddi zərbə alacaqlarını bilirlər. Amma gələcəkdə nəzərdə tuturuq ki, xarici mütəxəssisləri verilişlərə dəvət edək.

 

- Sağlamlıq və mədəniyyət… Sizcə geniş izləyici kütləsi üçün iki istiqamət az deyil ki?

- Bəli, çox doğru vurğuladınız. Televiziyanın gələcəkdə daha da genişlənməsi üçün adının da belə olması məhdud imkanlar yaradacaq. Amma mənə görə hazırda ad önəm daşımır, ideya önəm daşıyır. Bildiyiniz kimi, həkimlər adətən mühafizəkar olurlar. Onlar çalışırlar ki, siyasi həyatdan uzaq, öz işləri ilə məşğul olsunlar. Ona görə də Azərbaycanlı Həkimlər Asossasiyasının üzvləri düşündülər ki, işlərinə uyğun kanal yaradılsın, siyasətdən kənar qalsınlar. Kanala rəhbərlik mənə tapşırılıb. Mən də onların istəkləri əsasında mədəniyyət və sağlamlıq mövzularına toxunmalı oluram.

 

- Kanalda çalışacaq əməkdaşlar da Cənubi Azərbaycandandır? Yoxsa heyətdə xaricilər də olacaq?

- Qeyri-azərbaycanlı olan əməkdaşımızın olması real deyil. Onlar yalnız qonaq kimi çıxış edə bilərlər. Mənə görə yaxın gələcəkdə də xarici əməkdaşımız olmayacaq. Amma Azərbaycanın istər Cənubu, istərsə də Şimalından olan vətəndaşlarımız əməkdaş qismində bizlə çalışa bilərlər.

- Bildiyimiz qədəri ilə diaspor təşkilatının fəal üzvlərindən birisiniz. Bu istiqamətdə işlər necə gedir?

- Mənim diaspor fəaliyyətim ABŞ-la bağlı olan məsələ deyil. Hələ Azərbaycanda yaşadığım dövrdə Diaspor Komitəsi yaradılmamışdı, o zaman Dünya Azərbaycanlıları Konqresi var idi. Düzdür, orda heç bir vəzifə tutmurdum, amma əməkdaşlığı davam etdirirdim. Sonradan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitəyə rəhbərliyə gətirilən adam dağıdıcı funksiya daşıyırdı, onun işi nəticəsində fəal adamlar da o qurumdan uzaqlaşdı. Nəhayət sonradan Fuad Muradovun Diaspor Komitəsinin sədri təyin edilməsi çox uğurlu addım oldu. Onun seçdiyi nümayəndələr də fəal, işini bacaran kadrlardır. Hiss edirəm ki, təkcə yaşadığım Çikaqo şəhərində yox, digər şəhərlərdə də diaspor gücü, fəaliyyəti hiss olunur. Diaspor fəaliyyəti hakimiyyəti tərif etməklə olmur. Sadəcə, dövlət bu təşkilata dəstək verir və icmalar aktiv olmalıdır. Bu məsələ indi öz yolunu tapıb.    

- Biraz fərqli istiqamətə gedək… ABŞ prezidenti Donalr Trampın müşaviri Stiven Millerin həyat yoldaşı Keti Millerdə koronavirus aşkarlanıb. Yoluxan xanımın həyat yoldaşı daim Trampın çevrəsində olan şəxslərdən biridir. Sizcə,  Stiven Milerdə də virus aşkarlansa, Trampın koronavirusa yoluxmuş olma riski yüksək olmayacaqmı?

- ABŞ cəmiyyətində kimsə bu məsələyə önəm vermir. Əgər sabah xəbər yayılsa ki, Donald Tramp koronavirusa yoluxub, inanın ki, həmin xəbər bir dəfə yayımlanacaq və söhbət orda da öləcək. Yəni Tramp üçün də bu xəstəlik problem həddində deyil. Ona görə də heç bu məsələdən uzun danışmasaq yaxşıdır…


- Cavad bəy, əksər ölkələrin liderləri belə çətin vaxtlarda mətbuat qarşısına, xalq qarşısına çıxmaqdan çəkindi. Amma görünən odur ki, ABŞ prezidenti demək olar ki, hər gün mətbuat qarşısına çıxır, ölkədəki ümumi vəziyyət barədə məlumat verir, medianın suallarını cavablayır. Sizcə, Trampın bu “yaxınlığına” səbəb qarşıdan gələn prezident seçkiləri üçün mövqeyini möhkəmləndirmək ola bilərmi?

- Tramp nə qarşıdan gələn prezident seçkilərinə görə, nə də hər hansı səbəbdən media qarşısına çıxır. Mətbuat qarşısına çıxmaq məsuliyyət tələb etdiyindən Tramp bu cür davranır. Bu ölkədə insanlara o cür açıqlamalar verilməsə, vəziyyət daha da çətin olar. Çünki bu böyüklükdə ölkənin iqtisadiyyatına çox ciddi ziyan dəyib. Hazırda 33 milyon insan işsiz kimi qeydiyyata alınıb və onlar dövlətdən həm ərzaq alırlar, həm də pul. Trampın liderlik dövrü çətin dövrə təsadüf etdiyindən hər şeyin şəffaf olduğu ölkədə daimi olaraq media qarşısına çıxmaq lazımdır. Bundan başqa,  bəzi iqtidar qrupları kənardan durub seyr edirlər ki, hakimiyyət nə isə səhv buraxsın və o səhvlə hər şeyi dəyişdirsinlər.


- Azərbaycan üçün darıxırsınızmı?

- Mən Cənubi Azərbaycanı 1 çanta ilə tərk etmişəm. Azərbaycanda olanda  isə heç darıxmırdım, çünki doğma yurdda idim, yaxşı dostlar qazandım. ABŞ vətəndaşı olsam da, 6 ayda iki dəfə Azərbaycana gedib-gəlirdim. Amma mühacirət həyatı 30 ildən sonra məni də “əzdi”. Ona görə də indi desəm ki, dərin darıxmaq hissi var, yalan olar. Artıq bura öyrəşmişəm. Amma qəlbimdə vətən eşqi, vətən sevgisi var ki, bu mənim üçün ana sevgisindən də ötədir…                                                    

Related Posts

Xəbərlər

Saç tökülməsini dayandıran effektiv üsullar

00:00

Nazir canlı yayımda sualları cavablandıracaq

00:00

Bakıda 21 yaşlı gəncə küt alətlə xəsarət yetirildi

23:40

Nura Suri qabırğalarını çıxartdırıb

23:20

ATƏT sədri Azərbaycanın bu addımını alqışladı

23:20

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam etdirilir - Video

23:10

Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtları

22:30

Azərbaycanda ilk dəfə inşa edilən “Ro-Pax” gəmisi ilə Qazaxıstana yükdaşıma başlanıldı

22:15

Azərbaycan Tokio Olimpiadasına daha bir lisenziya qazandı - Foto

22:00

Vətən müharibəsində itkin düşmüş hərbçinin 7 ay sonra nəşi tapıldı - Foto

21:50

Rəqqasə Ramazan ayında Türkiyədə çılpaq video çəkdi - Video

21:40

Türkiyədə koronavirusa yoluxma sayında azalma, 304 nəfər öldü - Foto

21:30

Plastik qabdakı “bomba”: Vətəndaş benzini həyətində satır, bəs nəzarəti kim etməlidir? - Video

21:10

Sabiq icra başçısına yeni vəzifə verildi - Foto

21:00

“Qarabağda yenidənqurma işləri ilə bağlı mühüm istiqamətlər müəyyənləşdirilib” - Samir Nuriyev

21:00

Mustafa Cengiz prezidentliyə namizəd olmayacaq

20:30

“Toylara icazə vermək düzgün deyil, amma...” - Deputat

20:20

Deputat: “Yoluxma azalır, toylarla bağlı yeni standartlar yaranacaq” - Video

20:00

Ermənilər Qarabağda torpaqları satır: Nə etməli? - Mühüm təklif

19:50

Azərbaycanda bu məktəblərdə cəmi 1 şagird təhsil alır

19:40

“Xankəndini nəzarətə almaq üçün Azərbaycan Rusiya ilə müharibəyə girməlidir...”

19:30

Bakıda məşhur restoran cərimələndi

19:30

Azərbaycanda sirkə turşusu içən qadın xəstəxanada öldü

19:20

Azərbaycan Türkiyədən ən çox silah alanlar ölkələrdən biridir

19:15

Şahin Mustafayevə ağır itki

19:10

“Qarabağ razılaşmalarını yerinə yetirməyə hazırıq” - Paşinyan

19:10

AzTU-ya yeni prorektor təyin olundu - Foto

19:00

Daşkəsəndən qaçdığı deyilən Əhəd Abıyev danışdı: “Nə edim, bəs?”

18:40

“Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz” - Lavrov nə demək istəyir?

18:30

Buraxılış imtahanlarının nəticələri açıqlandı

18:20

“Bəzi məsələlərdə Moskva ilə Ankaranın mövqeyi haçalanır” - Çavuşoğlu

18:10

Bu yolda hərəkət məhdudlaşdırılır

18:00

Roza yenə əməliyyat olunacaq

18:00

İcra başçısının qalmaqallı müavini işdən çıxarıldı

17:50

Kütləvi immunizasiyaya çalışmaq lazımdır - Hindistandakı vəziyyət bir daha göstərir ki...

17:40

Məşhurlar vaksindən niyə imtina etdi? - CAVAB

17:40

Nazir: Apreldə qeyri-neft ixracı 62,5 faiz artıb

17:25

Axtarışda olan şəxs Rusiyaya təhvil verildi

17:20

Ən az şagird sayı olan məktəblər açıqlandı

17:10

Maliyyə naziri həbs edildi: Korrupsiyada ittiham olunur

17:00

Azərbaycanda ərzaq məhsulları ən yüksək həddə bahalaşdı

16:50

Paşinyan imtina qərarı verdi: Əsas rəqiblər Sarkisyanla Koçaryan olacaq

16:40

Azərbaycanda son sutkada 844 nəfər koronavirusa yoluxdu

16:40

Minsk qrupunun son bəyanatı Ermənistanı hiddətləndirdi

16:30

Ermənistanda məğlubiyyətə görə 628 nəfər istintaqa cəlb edildi

16:20

Testi pozitiv olan anaların südündə koronavirus aşkarlanmadı

16:10

Latviya parlamentinin qərarına Türkiyədən reaksiya: “Şiddətlə qınayırıq“

16:00

Nigar Şabanova Rəqsanəyə söz atdı: “Keçmişini unudub kişi-kişi danışır“ - Video

15:50

Gəncədə şok: 37 yaşlı sürücü parkda özünü asdı

15:40

Ermənistanın Qarabağ məğlubiyyəti - FAKTLAR

15:40

Həbs edilən bələdiyyə sədri göstərişləri Əhəd Abıyevdən aldığını bildirib

15:40

Mina və sursatlarla bağlı sərgi təşkil olundu - Video

15:30

“Vətəndaş düşünür ki, dövlətin var, amma vermir...“ - İlqar Məmmədov

15:30

İntiharın bu yolunu seçdilər: Kömür yandırıb özlərini zəhərlədilər

15:20

Türkiyə millisində yeni hücumçu - Azərbaycana qarşı oynayacaq

15:20

Prezident bu quruma 1,82 milyon manat ayırdı - SƏRƏNCAM

15:20

Şuşada İsa Bulağına yol çəkiləcək

15:15

İlham Əliyevin yüksək vəzifə verdiyi 36 yaşlı gənc kimdir? – Ağdamda anadan olub...

15:05

Xalq artistinə şok ittiham: Toy sahiblərini aldadıb!

15:00

İranda son sutkada 338 nəfər koronavirusdan öldü

14:50

Daha bir ölkə “erməni soyqırımı”nı tanıdı

14:40

“Azərbaycanlılarla ermənilər normal yaşamağa başladığı zaman...” - Lavrov

14:30

Nadir Mirşahinə cavab verdi: “Biz qoyun deyilik“

14:30

Polis əməliyyat keçirdi: Narkotik alverçiləri tutuldu

14:20

İstanbulda yaşayış binası belə çökdü - Video

14:10

Madonna özündən 35 yaş kiçik sevgilisi ilə - Fotolar

14:00

“Putin-Bayden görüşü...” – Kremlin sözçüsündən açıqlama

13:50

İsmayıllıda bal və mürəbbə oğrusu saxlanıldı

13:50

Əlikram Bayramov Baloğlan Əşrəfovdan danışdı: “Yas saxlamaq lazım deyil“

13:40

Zəfər yolunun istifadəyə veriləcəyi tarix açıqlandı - Video

13:35

Rusiyada son sutka ərzində 351 nəfər koronavirusdan ölüb

13:30

Tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanıldı

13:20

Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM

13:20

Almaniyadakı ermənilər terrorçuluğu maliyyələşdirirlər

13:10

“Azərbaycan haqqında heç vaxt eşitməmişdim“ - Keysuke Honda

13:00

Səməd Səmədov: “Açıq havada maska taxmırıq“

12:50

Daha 4 direktor işdən çıxarıldı, 3-nə şiddətli töhmət verildi

12:40

Poliomielit əleyhinə vaksin COVID-19-dan qoruyur? - Mütəxəssis rəyi

12:30

Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM

12:10

Qarabağdakı hava limanları 1 saatda 200 sərnişinə xidmət edəcək - Video

12:10

Fərid Nəbiyev Çexiyada növbəti oyuna çıxdı

12:00

“Azərxalça”nın sabiq rəhbərinin həbs müddəti uzadıldı

11:50

Bu şəxslər “Avroviziyaya” mahnı müsabiqəsinə buraxılmayacaq - Fotolar

11:40

Ana və övladı son anda ölümdən belə xilas oldu - Video

11:30

Qohumunun avtomobilinə ziyan vuran şəxs tutuldu - Foto

11:20

Meşədə narkotik becərən şəxs tutuldu

11:10

Azərbaycan neftinin qiyməti bahalaşır

11:00

“Dişini qarnına tökərəm” – Özünü polis kimi təqdim edən şəxs Mehman Hüseynovu hədələdi - Video

11:00

Hamilələrə peyvənd təklif edilməlidirmi? - HƏKİM RƏYİ

10:50

ABŞ Avropada böyük hərbi təlimə başlayır

10:05

G7 ölkələrindən Rusiyaya qarşı bəyanat

02:05

Çempionlar Liqasında ingilis finalı olacaq

01:05

Aleksandr Lukaşenkoya cinayət işi açılır - Almaniyadan şok iddia

05 May 2021 23:45

Rusiya helikopteri Ukrayna sərhədini pozdu, niyə vurulmadı?

05 May 2021 22:35

Ramazanın 23-cü gününün duası - İmsak və iftar vaxtları

05 May 2021 21:45

AFFA azarkeşlərlə bağlı Operativ Qərargaha müraciət etdi

05 May 2021 18:35

Prezident və birinci xanım nekroloq imzaladılar

05 May 2021 17:35

Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı

05 May 2021 17:25

Azərbaycanda daha 20 nəfər koronavirusdan vəfat etdi

05 May 2021 16:45

Koronavirus dünyanın ən yüksək zirvəsinə “ayaq açıb“ - 17 alpinist yoluxub

05 May 2021 15:15

“Barselona“ Neymar üçün 100 milyon avrodan keçməyə hazırdır

05 May 2021 15:15

Koronavirusa yoluxan Xalq artisti danışdı: “Səhhətimdə...“

05 May 2021 14:15

“Erkən doğumların statistikası azalmağa doğru gedir“ - Baş mama-ginekoloq

05 May 2021 13:45

Evdə köməksiz qalan azyaşlı belə xilas edildi - Video

05 May 2021 12:35

Sərnişinlərə şad xəbər: Bu xətt üzrə daşımalar bərpa edilir

05 May 2021 11:55

Fikrət Qoca Birinci Fəxri xiyabanda dəfn olunacaq

05 May 2021 11:05

Bakıdan Kiprə birbaşa uçuşlar

05 May 2021 11:05

Millimizdə ağır itki: Qapıçının qolu sındı

05 May 2021 10:25

Mourinyonun maaşı bilindi: İldə 7,5 milyon avro alacaq

05 May 2021 09:45

Bu gün üçüncü Qədr gecəsidir

05 May 2021 09:25

XİN-də struktur islahatları: Nazir müavininin səlahiyyətləri artırıldı

05 May 2021 09:15

Elmira Rəhimova xəstəxanaya yerləşdirildi

04 May 2021 23:40

Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtları

04 May 2021 22:45

“Şükür ki, Pasxa bayramını işğaldan azad olunan Qarabağda, Kəlbəcərdə qeyd edirik”

04 May 2021 19:55

Tanınmış azərbaycanlı musiqiçi koronavirusdan vəfat etdi - Foto

04 May 2021 19:25

Azərbaycanda 100-lə başlayan nömrələr yalnız bu avtomobillərə verilir - Yol polisindən AÇIQLAMA + FOTO

04 May 2021 18:50

Azərbaycanda 100-lə başlayan nömrələr yalnır bu avtomobillərə verilir - Yol polisindən AÇIQLAMA + FOTO

04 May 2021 18:45

Tanınmış gitaraçı koronavirusdan öldü - Foto

04 May 2021 17:55

BNA sabahkı hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

04 May 2021 17:25

İcra başçısı özünə yeni müavin təyin etdi - Foto

04 May 2021 16:55

Hindistanda koronavirus qurbanları buldozerlərlə daşınır

04 May 2021 16:35

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

04 May 2021 15:35

Arif Quliyevin həkimi: “Vəziyyəti kritikdir“

04 May 2021 15:15

Şöbə müdiri Ramin Bayramlını məhkəməyə verdi

04 May 2021 15:15

Eldar Mahmudovun şirkəti ləğv olunur

04 May 2021 14:55

“Dəbdəbəli süfrə açır, deyir ki, ay camaat, görün nələrim var...“ - Hacı Surxay

04 May 2021 13:55

Azərbaycanda satılan ən bahalı avtomobillər - 1 milyon manata yaxın...

04 May 2021 02:35

Sevdiyi qız onu atıb ərə getdi, içkiyə qurşanıb xərçəng tapdı - “Yeddi oğul istərəm”in Zalımoğlusu...

04 May 2021 02:05

Britaniya səfiri Azərbaycan kəlağayısı barədə paylaşım etdi

04 May 2021 00:05

Ramazanın 21-ci gününün duası - İmsak və iftar vaxtları

03 May 2021 21:25

Bu gün Azərbaycanda ikinci Qədr gecəsidir

03 May 2021 10:25

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtları

02 May 2021 23:55

Bakıda daha bir xətt üzrə yeni avtobuslar istifadəyə verilir

02 May 2021 18:45

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtları

01 May 2021 21:25

“Bir millət, iki dövlət” və gömrükdən şikayət - Video

01 May 2021 09:45

Azərbaycanda plyonka probleminə son qoyulur

29 Apr 2021 08:55

“WhatsApp Pink” şəxsi məlumatlarınızı oğurlaya bilər - Video

28 Apr 2021 16:55

İşlənmiş maşın alarkən diqqətli olun! - Yeni fırıldaq

28 Apr 2021 08:10

Avtomobillərə plyonka vurulması ilə bağlı yeni qayda hazırlanacaq - SƏRƏNCAM

27 Apr 2021 18:35

Maşın bazarında son vəziyyət necədir? - Video

25 Apr 2021 19:25

Azərbaycanlılar Avropada Ermənistana qarşı kütləvi aksiyalar keçirildi - Fotolar

24 Apr 2021 18:45

Bu ölkədə sığal çəkən təkcə Hüseynbala Mirələmov deyil...

22 Apr 2021 11:30

ATV-dən Zaurun verilişinin bağlanmasına REAKSİYA

21 Apr 2021 19:00

“WhatsApp”dan istifadə məhdudlaşdırılacaq

20 Apr 2021 00:00

“Azercell Telekom” MMC-yə yeni prezident təyin olundu

19 Apr 2021 20:40

“Tərtər işi” ilə bağlı Prezidentə müraciət olundu: Xarici və daxili qüvvələr sabitliyi pozmaq üçün...

19 Apr 2021 12:40

Saleh Məmmədov Qazyan sakinlərini yolsuz qoydu - ŞİKAYƏT + FOTOLAR

19 Apr 2021 10:15

Bakıda tıxac: 11 avtobus xəttində gecikmə

19 Apr 2021 09:10

Maşın bazarında qiymətlər necədir? - Video

18 Apr 2021 23:40

“İstəyirəm böyüyüm, əsgər gedim, qəhrəmanlıq göstərim...“

17 Apr 2021 14:35

Ata yurdumun xarabalığında: Xəcalət çəkdim...

14 Apr 2021 15:55

Anar, Kamal Abdulla və Rasim Balayev AzTV-də: Bədii Şuranın tərkibi dəyişdi - Fotolar

12 Apr 2021 18:35

“Oğlumun 50 yaşı var, imkansızlıqdan onu evləndirə bilməmişəm”

11 Apr 2021 07:35

Faciənin buynuzu olmur, axırı yaxşı olmayacaq bunun...

08 Apr 2021 17:10

Qarabağ qazisi icra başçısından Prezidentə şikayət etdi: Son ümid yerim Sizsiniz!

08 Apr 2021 12:55

“Heç kim məni narahat etməsin“ - Çingiz Abdullayev

08 Apr 2021 10:10

“Heç kim məni narahat etməsin“ - Çingzi Abdullayev

08 Apr 2021 09:45

Villanızda bayquşlar ulasın!... 

05 Apr 2021 11:50

Hakerlər Mark Zukerberqin şəxsi məlumatlarını oğurladı

04 Apr 2021 19:30

Yarım milyard “Facebook” istifadəçisinin şəxsi məlumatları internetə sızdı

04 Apr 2021 00:40

Nazirlik deputata sərt cavab verdi: Bu cür subyektiv və əsassız fikirlər...

02 Apr 2021 16:50

Yediklərini o generalların burnundan gətirmək lazımdır...

01 Apr 2021 15:00

Doğum gününü qeyd edən deputat: “Daha heç bir arzum qalmadı“

01 Apr 2021 11:20

Ondan aldığım ləzzəti Cenifer Lopez də əvəz eldə bilməz 

01 Apr 2021 08:30

İcra başçısı prezidentə şikayət edən sakini cərimələtdi: Salyanda qəribə olay

31 Mart 2021 17:45

“İnstagram”da problem yaranıb

24 Mart 2021 23:25

Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet trafikini nəzarətə götürür

24 Mart 2021 23:15

Son günlər smartfonlardakı proqramlar niyə tez-tez donur?

24 Mart 2021 09:55

Biz Şuşada tonqal yandırırıq, ermənilər için-için yanır...

21 Mart 2021 13:10

Fərhad Əhmədov onları işlədib pulunu vermədi

17 Mart 2021 16:05

“Pandemiya başa çatmayıb, bu virus dolaşacaq” Prezidentlə MÜSAHİBƏ

19 May 2020 17:25

“Mühacirət həyatı 30 ildən sonra məni də “əzdi”” MÜSAHİBƏ

19 May 2020 16:00

Şəhid abidələrimiz Natavan, Hacıbəyli, Bülbül gec-tez Qarabağa qayıdacaq - Jalə Əliyeva

19 May 2020 15:55

“Vətəndaşların mənzil hüququnun səmərəli təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:35

“Vətəndaşların mənzil hüququnun təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:30

“Cəmiyyətin ciddi vətəndaş məsuliyyətinə ehtiyacı var” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 13:40

“İndi xalq bizdən əsər yox, adamlıq gözləyir”  Əkrəm Əylisli ilə MÜSAHİBƏ

17 May 2020 09:00

Qeydə alınan partiyanın sədri planlarını AÇDI: “Biz o boşluğu doldurmağa çalışacağıq” MÜSAHİBƏ

15 May 2020 09:45

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir” MÜSAHİBƏ

14 May 2020 17:00

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir”

14 May 2020 14:55
All