Şou
16 Yan 2021 14:00
Müğənni nikah mərasimindən şəkillər paylaşdı - Fotolar
Müğənni Sevda Yahyayeva nikah mərasimindən olan görüntüləri izləyiciləri ilə bölüşüb.
Yenisabah.az xəbər verir ki, həyat yoldaşı Zakir Bayramovla nikahından 1 il ötən sənətçi özəl günündən fotoları sosial şəbəkə hesabında paylaşıb.
O, fotoların müəllifinin Nahid Abbasov olduğunu qeyd edib.
Qeyd edək ki, müğənninin həyat yoldaşı Zakir Bayramov Leyla Medical Center-də (keçmiş Leyla Şıxlinskaya Klinikası) genetik-laborant olaraq çalışır.



