“Müdafiə Nazirliyinin bu qərarını “daldan atılmış daşa” bənzədirəm” - Deputat

“Müdafiə Nazirliyinin bu qərarını  “daldan atılmış daşa” bənzədirəm” - Deputat

“Müdafiə Nazirliyinin bu qərarını “daldan atılmış daşa” bənzədirəm” - Deputat

"Müdafiə Nazirliyinin sərhəd bölgəsindən videoların paylaşımın qadağan edən qərarını "daldan atılmış daşa" bənzədirəm. Necə ki, milli mediamız, informasiya şəbəkəmiz vaxtında əsas mənbədən normal informasiya ala bilməyib erməni xəbər kanallarından səhih informasiya ovuna çıxmaq kimi əzəbkeş işə düçar olublar, bu məsələdə də naşılığın bütün detalları göz qabağındadır".

Polemika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

"Məgər savaş dövründə həmin videoların müəyyən bir hissəsinin təhlükəsizlik baxımından nə qədər zərər vurduğunu görmədiniz? Həm hərbi birliklərimizin dislokasiyasının düşmən üçün aşkar olunmasının, həm də əsirlərlə davranışdakı hüquqazidd bəsit vətənpərvərlik epizodlarının informasiya məkanında nə qədər əleyhimizə işlədiyini unutmuşdunuz? İndi də götürüb bu videoları siyasi yetkinliyi olmadığına görə paylaşan o ağır şərtlərdə xidmət edən zabit və əsgərləri cəzalandıracaqlar ki, niyə bəs ölkənin imicinə zərər vurmusunuz", - deyə Fazil Mustafa irad bildirib.

Deputat qeyd edib ki, bu işə məsul olan vəzifəli şəxsləri cəzalandırmaq lazım ki, gələcəkdə həmin vəzifəni daşıyanlar qabaqlayıcı tədbirlər görməkdə məsuliyyətsiz davranmasınlar:

"Axı bunu vaxtında önləmək mümkün idi, proqnozlaşdırmaq üçün də xüsusi ağıl tələb olunmurdu. Düşməni tumusan, vur gəbərsin, gəbərtməmisənsə, əsir götürmüsənsə, artıq onunla qanundankənar davranışını videoya çəkib yaymaq birbaşa ordunun, dövlətin, millətin imicinə zərbədir. Meyitlə də eyni qaydada davranıb, çəkilişi yaymaq olmaz. Əsirlə hansısa humanist davranış niyə də yayılmasın? Bu təbliğatda bizə lazımdır axı. Burada adi bir vəzifə borcunun yerinə yetirilməsindən gedir. Təəssüf ki, hər dəfə bu cür bəsit yanlışlara görə əleyhimizə işləyən qüvvələrə göydəndüşmə hədiyyələr bəxş edirik".

“Müdafiə Nazirliyinin bu qərarını “daldan atılmış daşa” bənzədirəm” - Deputat