Mobil telefon və velosiped oğruları yaxalandı

Mobil telefon və velosiped oğruları yaxalandı

Mobil telefon və velosiped oğruları yaxalandı

Səbail rayonunda telefon və velosiped oğurluqları edən şəxslər saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, obyektə müştəri kimi gələn bir nəfər kassanın yanında olan 2 ədəd mobil telefonu oğurlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ümüdbəy Babayev qısa zamanda saxlanılıb. Araşdırma zamanı onun paytaxtın Yasamal, Nərimanov və digər rayonlarında da eyni üsulla, yəni mağazalara müştəri kimi daxil olub satıcının başının qarışmasından istifadə edərək kassadan pul və mobil telefonlar oğurladığı müəyyən edilib.

Ümüdbəy Babayevin bu üsulla paytaxt ərazisində ümumən 10-dan mağazadan oğurluq etdiyi məlum olub.

Polisin digər bir əməliyyatı zamanı binaların dəhlizlərində olan velosipedləri oğurlayan şəxs saxlanılıb. Bu, paytaxt sakini Kənan Məmmədovdur. Onun Səbail rayonunda bir nəfərin dəyəri 1200 manat olan velosipedini oğurladığı sübuta yetirilib.

Mobil telefon və velosiped oğruları yaxalandı