“Mitsubishi” maneəyə çırpıldı - Xəsarət alan var

“Mitsubishi” maneəyə çırpıldı - Xəsarət alan var
20 Sen 2020 09:35
37

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu ərazisində “Mitsubishi” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub.

Yenisabah.az nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər