Millimizin Rusiya ilə oyunu bu xanıma tapşırıldı

Millimizin Rusiya ilə oyunu bu xanıma tapşırıldı

Millimizin Rusiya ilə oyunu bu xanıma tapşırıldı

Qadınlardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində evdə Rusiya yığması ilə keçirəcəyi oyununa hakim təyinatları açıqlanıb.

Polemika.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma rumıniyalı hakimlər briqadasına tapşırılıb.

Referi İonela Alina Peşuya laynsmanlar qismində Petruta Claudia İugulescu və Mihaela Elena Tepusa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Cristina Mariana Trandafir yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 25-də “Dalğa Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq. 

Millimizin Rusiya ilə oyunu bu xanıma tapşırıldı