İdman
17 Yan 2021 13:05
Millimizin məşqçisi Rusiyanın məşhur klubunda
Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Rusiya Premyer Liqa təmsilçisi SSKA-nın məşqçilər heyətinə daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onun əsas komanda ilə qapıçılar üzrə məşqçi kimi çalışacağı bildirilib. 48 yaşlı mütəxəssis bu gün komanda ilə İspaniyaya təlim-məşq toplanışına yollanacaq.
Qeyd edək ki, millimizin keçmiş qapıçısı yığmamızdan əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.