İdman
22 Fev 2021 10:50
Messi Ronaldonun rekordunu qırdı
"Barselona"nın kapitanı Lionel Messi bu dəfə Kriştiano Ronaldonun rekordunu qırıb.
Yenisabah.az xəbər verir ki, 33 yaşlı hücumçu buna La Liqanın 24-ci turunda "Kadis"lə matçda imza atıb. O, 32-ci dəqiqədə penalti epizodunu dəqiq yerinə yetirib. Bu isə Messinin çempionatda karyerası ərzində penaltidən vurduğu 73-cü qol olub. Beləliklə argentinalı oyunçu hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldonun rekordunu qırıb.
Portuqaliyalı hücumçu "Real"da oynayarkən 72 dəfə penaltidən fərqlənib.
Qeyd edək ki, "Barselona" - "Kadis" görüşü 1:1 hesablı heç-heçə ilə nəticələnib.