Məşhur hakim vəfat etdi

Məşhur hakim vəfat etdi
19 Sen 2020 14:05
128

ABŞ-ın Ali Məhkəmə hakimi Rut Bader Qinsburq 87 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki,  qadın hüquqları və sosial ədalət uğrunda mübarizəsi ilə ədalət simvola çevrilən  Qinsburqun ölümünə səbəb xərçəng xəstəliyi olub.

Bildirək ki, "Bərabərlik Sərkərdəsi" kimi tanınan Qinsburqun həyatı dəfələrlə Hollivud filmlərinə mövzu olub. O, 1993-cü ildə Bill Klinton tərəfindən Ali Məhkəmənin hakimi təyin edildikdən sonra  təxminən 27 il məhkəmənin liberal səslərindən biri olub.

Gənc yaşlarında Harvard və Kolumbiya hüquq fakültəsini  yüksək dərəcə ilə bitirsə də, heç bir hüquq bürosunda işə götürülməyib.  Bunun əvəzinə, bir müddət "Rutgers" Universitetinin hüquq fakültəsində cinsi ayrı-seçkilik barədə dərslər keçib.

Qeyd edək ki, Qinsburq üçün xüsusi dəfn mərasimi təşkil ediləcək.

 

Oxşar xəbərlər