Martin Lüterin “Doxsan beş tezis”lə protestantlığın əsasını qoyduğu gün

Martin Lüterin “Doxsan beş tezis”lə protestantlığın əsasını qoyduğu gün
31 Okt 2020 09:40
17

Yenisabah.az oktyabrın 31-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:

1517 — Martin Lüter Vittenberq kilsəsində "Doxsan beş tezis"ini kilsə qapısına asaraq "cənnət qəbzləri"nə etirazını bildirib.

1876 — Hindistanda qasırğa 200 000 insanın həyatına son qoyub.

1922 — Benito Mussolini İtaliyanın baş naziri seçilib.

1952 — Amerika Birləşmiş Ştatları Marşal adalarında ilk hidrogen bombasının sınağını keçirib.

1956 — Böyük Britaniya və Fransa Misirin Süveyş kanalını milliləşdirməsinə cavab olaraq kanalın bombalanmasına başlayıblar.

1961 — Stalinin cənazəsi mavzoleydən çıxarılaraq dəfn edilib.

1984 — İndira Qandi öz mühafizəçisi tərəfindən qətlə yetirilib.

1989 — Turqut Özal Türkiyənin 8-ci prezidenti seçilib.

1992 — Vatikan Qalileo Qalileyə bəraət verib.

2006 — Gəncə Beynəlxalq Hava Limanı əsaslı təmirdən sonra açılıb.

Oxşar xəbərlər