Makron və Paşinyanın telefon danışığı - Qarabağ müzakirə olundu

Makron və Paşinyanın telefon danışığı - Qarabağ müzakirə olundu

Makron və Paşinyanın telefon danışığı - Qarabağ müzakirə olundu

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Polemika.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məsələlərini müzakirə edib, beynəlxalq aləmdə baş verən proseslərə dair fikir mübadiləsi aparıblar.

Ermənistanın Baş naziri və Fransa prezidenti yaxın vaxtlarda Parisdə keçiriləcək görüşlərinin gündəliyini və əməkdaşlıq üzrə erməni-fransız komissiyasının keçirilməsini müzakirə ediblər.

Makron və Paşinyanın telefon danışığı - Qarabağ müzakirə olundu