Mahir Emreli içkili halda - Qalmaqal doğuran FOTO

Mahir Emreli içkili halda - Qalmaqal doğuran FOTO

Mahir Emreli içkili halda - Qalmaqal doğuran FOTO

Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin içki masasında görüntüləri yayılıb.

Polemika.az "Report"a istinadla xəbər verir ki, 24 yaşlı hücumçunun komanda yoldaşı Yoel Abu Hanna ilə fotosu Tvitterdə paylaşılıb.

Fotonun avqustda çəkildiyi qeyd olunub. Polşa mətbuatının iddiasına görə, Emrelinin Abu Hanna ilə spirtli içki qəbul edib.

Qeyd edək ki, "Legiya" klubu bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verir. Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb. 

Mahir Emreli içkili halda - Qalmaqal doğuran FOTO