Lavrov: “Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”

Lavrov: “Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”

Lavrov: “Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”

“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”.

Polemika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunan konfransda çıxışında deyib.

Yanvarın 14-də keçirdiyi mətbuat konfransında jurnalistlərin səsləndirdiyi suallara bu gün yazılı cavab verən S.Lavrov bildirib ki, rəsmi Moskva Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası və inkişafı məqsədlərinə sadiq qalır. XİN başçısı bunların hamısının iki ölkə xalqlarının maraqlarına cavab verdiyini qeyd edib.

O vurğulayıb ki, təmasların bərpası prosesi “ikitərəfli hərəkət yolu” olmalıdır: “Gürcüstan hakimiyyətinin keçmişdən dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik”/Report.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən dayandırılıb.

Lavrov: “Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”