“Kərim Şükürovu məcburi olaraq vəzifədə saxlamaq qanuna ziddir”

“Kərim Şükürovu məcburi olaraq vəzifədə saxlamaq qanuna ziddir”

“Kərim Şükürovu məcburi olaraq vəzifədə saxlamaq qanuna ziddir”

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi Tarix İnstitutunun baş direktoru Kərim Şükürovun vəzifəsindən istefa ərizəsini qəbul etməyib. Hətta qəbul olunan qərarda göstərilir ki, o “öz vəzifəsində fəaliyyətini davam etdirsin və mövcud nöqsanları özü aradan qaldırsın”.

Bəs qanun nə deyir? İstefa verən şəxsin məcburi olaraq öz vəzifəsində saxlanılması proseduru varmı?

Hüquqşunas Çingiz Qənizadə Polemika.az-a açıqlamasında deyib ki, ümumiyyətlə Azərbaycanda istefa vermək mədəniyyəti hələ də tam formalaşmayıb:

“Azərbaycanda istefa verənin sənədlərinin normal hüquqi baxımdan qəbul edilməsi, qeyri-mümkündür. Çünki belə bir mədəniyyət formalaşsa idi və təcrübədə bu cür hallar olsa idi, o zaman akademiyanın rəyasət heyəti daha düzgün qərar qəbul edərdi.

Vətəndaş işləmək istəmir və qurumunda baş verən neqativ hadisələrə, xüsusilə qurumun rəhbərinin fəaliyyətinə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa verir. Bu halda hüquq tələb etmir ki, vətəndaş mütləq yerində qalıb işləməlidir. AMEA-nın rəyasət heyətinin qərarı qanuna uyğun deyil. Əgər strateji obyekt və ya mühüm post olardısa, beş-on gün müddətində, yeni kadr təyin edilən vaxta qədər Kərim Şükürov orada qala bilərdi. Lakin o da məcburi  xarakter daşımır.

Belə olan halda şəxs istefa verdikdə, onun yerinə vəzifəni icra edəcək başqa biri gəlməli idi.

Rəyasət heyəti Kərim Şükürovun istefasını qəbul edib, direktor vəzifəsini başqasına həvalə etməli idi. Qanun bunu deyir. Lakin görünür Kərim Şükürovun istefasının cəmiyyətdə ciddi bir ajiotaj doğuracağını bilən rəhbərlik və onun ətrafı belə qərara gəlib ki, hansı yolla olursa-olsun Kərim Şükürovu direktor olaraq saxlamalıdırlar”.

Çingiz Qənizadə Kərim Şükürovun düşünülmüş addım atdığını söyləyib: “Daxildə nə baş verdiyini, haqlı tərəfin kim olduğunu da deyə bilmərik. Lakin Kərim müəllimin savadına, intellektinə bələdəm. O, emosional adam deyil. Bəziləri deyir ki, ərizəni emosional halda yazıb, xeyr, o, düşünülmüş addım atıb.

Sadəcə olaraq rəyasət heyətinin qərarı qanuna uyğun deyil.

Hər bir vətəndaş tutduğu vəzifədən istefa verdikdə, özü daxili təhlil edərək institunun möhürünü, digər sənədləri təhvil verib, tam sakit formada iş yerini tərk edə bilər. Buna görə heç bir hüquqi məsuliyyət daşımır”.

Mehri QURBAN

“Kərim Şükürovu məcburi olaraq vəzifədə saxlamaq qanuna ziddir”