Kremldən ağır İTTİHAM: "Onlar cinayətkar və əxlaqsızdır!"

Kremldən ağır İTTİHAM: "Onlar cinayətkar və əxlaqsızdır!"

Kremldən ağır İTTİHAM: "Onlar cinayətkar və əxlaqsızdır!"

"Qərb dövlətlərinin son illərdə Rusiyaya qarşı tutduqları davranış xətti cinayət və əxlaqsızlıqdır".

Polemika.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında bildirib.

O deyib: “Son illərdə Qərb dünyası ölkələrinin Rusiyaya qarşı davranış xətti, onlarla yaxşı münasibət qurmaq istəməyimizə baxmayaraq, iyrənc, cinayətkar və əxlaqsızdır"

Medvedev vurğulayıb ki, Qərbin ikili standartları artıq heç kimi təəccübləndirmir:

“Onlara lazım olanda hər şeyə, o cümlədən illərlə davam edən Donbassda dinc əhalinin məhvinə göz yuma bilərlər. Əgər nəsə onların əmri ilə getmirsə, bunun günahkarı yalnız bizim ölkədir”.

Medvedevin sözlərinə görə, Rusiya ona və vətəndaşlarına uyğun dünya nizamı uğrunda mübarizəni davam etdirəcək:

"Nasistlərə və soyqırıma yer yoxdur. Qərb Rusiyanı anqlo-sakson nümunələri üzrə yenidən tərbiyə edə, onu itaətkar edə və ya parçalaya bilməyəcək".

Kremldən ağır İTTİHAM: "Onlar cinayətkar və əxlaqsızdır!"