Kraliçanın mobil telefonu: "Harada olursa-olsun onun zənginə cavab verir"

Kraliçanın mobil telefonu: "Harada olursa-olsun onun zənginə cavab verir"

Kraliçanın mobil telefonu: "Harada olursa-olsun onun zənginə cavab verir"

Britaniya kraliçası II Elizabetin “anti-haker şifrələməsi”nə malik "Samsung" mobil telefonu var.

Polemika.az "Daily Mail"ə istinadla xəbər verir ki, bu telefon Əlahəzrətinin ailəsi ilə əlaqə saxlaması üçün nəzərdə tutulub. Ancaq bütün qohumlara və dostlara kraliça cavab vermir.

Kral eksperti Conatan Sacerdotinin sözlərinə görə, II Elizabetin əlaqə siyahısından yalnız iki abunəçi istənilən vaxt ona zəng edə bilər və o, ən çox bu nömrələri yığır.

MI6 (Britaniya Xarici İşlər Nazirliyinin Gizli Kəşfiyyat Xidməti - red.) tərəfindən hazırlanmış xüsusi mobil müdafiə sistemi heç kimin kraliçanın telefonunu sındırmayacağına, onun mesajlarını oxumayacağına və əlaqə siyahısını açıqlamamasına zəmanət verir.

Mənbələr onun dünyanın ən qabaqcıl cihazlardan biri olduğunu iddia edir. 

Sacerdotti Express sitat gətirir: "Ən çox zəng etdiyi iki şəxs qızı şahzadə Ann və meneceri Con Uorrendir".

Uorren bir vaxtlar Berkşirdəki Hayklere qalasında yaşayan və ictimaiyyət arasında "Central Abbey" kimi tanınan mərhum Karnarvon qrafı, II Elizabetin dostunun kürəkənidir.

Mütəxəssis qeyd edib ki, köhnə dostunun varisi kraliçaya zəng edəndə, o, dünyanın harasında olursa-olsun, həmişə telefonu qaldırır.

Kraliçanın mobil telefonu: "Harada olursa-olsun onun zənginə cavab verir"