Koronavirusla bağlı bu qadağa başa çatdı

Koronavirusla bağlı bu qadağa başa çatdı
14 Sen 2020 08:00
519

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti yenidən bərpa edilib.

“Yeni Sabah” bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan edilmişdi.

Qeyd edək ki, xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyəti

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək qadağandır.

Oxşar xəbərlər