Koçaryanın ailəsi yapon qrantından necə faydalanacaq? - "Hraparak”

Koçaryanın ailəsi yapon qrantından necə faydalanacaq? - "Hraparak”

Koçaryanın ailəsi yapon qrantından necə faydalanacaq? - "Hraparak”

“Yaxın günlərdə Ermənistan hökuməti Yaponiya hökumətinin ayırdığı qrant hesabına yeni təcili yardım maşınlarına sahib olacaq”.

Polemika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu belə davam etdirib:

“Qrantı yaponlar verib və tender mərhələsində Robert Koçaryanın ailəsinin payı olan “Toyota Yerevan” şirkəti qalib gəlib. Bu şirkət təcili tibbi yardım maşınlarını, “Toyota”nın əsas bazasından idxal edəcək, daha sonra onları yerindəcə müvafiq ləvazimatlarla təchiz edib Səhiyyə Nazirliyinə verəcək”.

Qeyd edək ki, Ermənistanın səhiyyə naziri Anahit Avanesyan bu məlumatı təsdiqləyib:

“Ümid edirik ki, avtomobilləri iyun ayında alacağıq. Onlar bütün avadanlıqlarla təchiz olunmuş, yollarımıza uyğunlaşdırılmış Yaponiyanın “Toyota”frimasıdır. Yaponiya hökuməti uzun proseslər nəticəsində əldə etdikləri və Ermənistana verilən qrant çərçivəsində tender keçirib. Söhbət nazirliyin İrəvanın “regional tibb mərkəzləri” arasında bölüşdürəcəyi 39 “Toyota Hiace” markalı avtomobildən gedir”, - deyə nazir qeyd edib".

“Əslində, “Şkoda” avtomobillərinin polislərə verilmə təcrübəsi bizə dərs oldu. Hökumət başa düşdü ki, şəraitimizə yararsız avtomobillərin idxalı sonradan başağrısına çevrilə bilər, ona görə də, “Toyota”nı təchizatçı kimi meydandan sıxışdırmaq mümkün deyil”, - nəşrdə qeyd olunub.

Koçaryanın ailəsi yapon qrantından necə faydalanacaq? - "Hraparak”