"Keşlə" ev oyunlarını niyə Şamaxıda keçirmir? - Açıqlama

"Keşlə" ev oyunlarını niyə Şamaxıda keçirmir?

"Keşlə" ev oyunlarını niyə Şamaxıda keçirmir? - Açıqlama

Premyer Liqanın 20-ci turunun oyun cədvəli açıqlanıb. 

Məlum olub ki, "Keşlə" bu turdakı ev görüşünü də Bakıdakı "ASK arena"da keçirəcək.

Halbuki "Sumqayıt"la qarşılaşmanın böyük ölçüdə Şamaxıda baş tutacağı gözlənilirdi. Nə baş verdi ki, hərşey dəyişdi?

Polemika.az xəbər verir ki, Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məsələ ilə bağlı açıqlama verib. O, deyib:

"Əməkdaşlarımız Şamaxı stadionunda təftiş etmişdilər. Matçın keçirilməsi üçün hər hansı problemin olub-olmadığını bilmək üçün. Bununla bağlı müvafiq şəxslərə məlumat verilib.

Amma PFL tərəfindən "Keşlə"nin bu tur Şamaxıda oynayacağı ilə bağlı hər hansı rəsmi açıqlama olmayıb. Ötən dəfə də bildirmişdik ki, "Keşlə"nin Şamaxıda oynaması dəqiqləşəndə ictimaiyyətə məlumat veriləcək. Bir daha deyim ki, məsələ dəqiqləşəndə bununla bağlı ictimaiyyətə rəsmi məlumat veriləcək". (sportinfo.az)

"Keşlə" ev oyunlarını niyə Şamaxıda keçirmir? - Açıqlama