Kriminal
21 Yan 2021 15:00
Keçmiş məhkumun maşınından 5 kilodan çox narkotik tapıldı
Bakıda narkotik alverçisi saxlanılıb.
Yenisabah.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin, “VAZ-2108” markalı avtomobilinə baxış zamanı isə 2 kiloqramdan artıq heroin və 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.