“Kamil Zeynallı elədiklərinin qarşılığında...” - Flora Kərimova

“Kamil Zeynallı elədiklərinin qarşılığında...” - Flora Kərimova

“Kamil Zeynallı elədiklərinin qarşılığında...” - Flora Kərimova

"Bir insan pis əmələ əl atanda ona ya Allah xofu mane olar, ya öz "Allahı" olan vicdanı! Bu bir il ərzində nə yalanlar eşitmişəm, nə şərlər görmüşəm".

Polemika.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova haqqında yalan məlumat yayan saytları tənqid edərkən deyib.

"Deyirdim ki, 81 yaşımda məni insanlıq təəccübləndirə bilməz, amma hər gün aldığım xəbərlər yanıldığımın təsdiqidir. 80 yaşımda aldığım ilk təqaüdü qazilərə bağışladım. Yazdılar ki, "yalandır", "özünü göstərir", "bu da artistlik edir" və s. Sonra Kamil Zeynallının elədiklərinin qarşılığında ona deyilənləri gördüm, dedim ki, mən şükürlüyəm.

Yeddi gün öncə bu platformadan 11 yaşlı qızın taleyinə biganə qala bilmədim, ürək sözlərimi yazdım. Olduğu kimi yayanlar da oldu.

Məni "Allahsız", "ateist", "kafir" etdiniz bəs olmadımı?! Bəs, sizin Allahınız var? Allahınıza nə cavab verəcəksiniz? Kimisə söydürmək, alçatmaq sizə zövq verir?! Kiminsə həyatını sındırmaq bu qədər asandır?! Tutaq ki, bundan 10 manat qazandınız, yaxud da kiminsə sifarişi ilə qazandınız. Vicdanınız sızlamır, haramı necə yeyirsiz? Yazdıqlarımı öz başlarına görə başlıq qoyaraq dəyişdirənlərlə məhkəmədə görüşəcəyik"./Teleqraf

“Kamil Zeynallı elədiklərinin qarşılığında...” - Flora Kərimova