"İrəvanın gündəmində "xalq respublikaları"nı tanımaq yoxdur" - Unanyan

"İrəvanın gündəmində "xalq respublikaları"nı tanımaq yoxdur" - Unanyan

"İrəvanın gündəmində "xalq respublikaları"nı tanımaq yoxdur" - Unanyan

"Donetsk və Luqansk "xalq respublikaları"nın tanınması məsələsi Ermənistanın gündəmdə deyil".

Polemika.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

“Gündəmdə belə bir məsələ yoxdur”, - deyə Unanyan DXR və LXR-in Ermənistan tərəfindən tanınmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Onun sözlərinə görə, İrəvan iki dost dövlət arasında mövcud problemlərin dialoq və danışıqlar yolu ilə, beynəlxalq norma və prinsiplərə, BMT Nizamnaməsinə əsaslanaraq həllini istəyir.

"Ümid edirik ki, gərginliyin azaldılması və vəziyyəti sülh yolu ilə həll etmək üçün lazımi addımlar atılacaq", - Unanyan bildirib.

"İrəvanın gündəmində "xalq respublikaları"nı tanımaq yoxdur" - Unanyan