İranda iki terrorçu edam olundu

İranda iki terrorçu edam olundu

İranda iki terrorçu edam olundu

Lorestanda terror aktı törətmiş iki nəfər edam olunub.

Polemika.az xəbər verir ki, 3 il əvvəl İranın Lorestan əyalətində terror hərəkətləri törətmiş iki nəfər bu gün edam olunub.

Lorestan əyalətinin prokuroru Məhəmməd Rəzm deyib: “Bu iki nəfər 3 il öncə İslam İnqilabının qələbəsi münasibətilə keçirilən şənlikdə Xürrəmabad şəhərinin Dərə Gərm yanacaq doldurma məntəqəsində yanğın törədib və iki polisin ölümünə səbəb olublar. O bildirib ki, ən qısa zamanda bu iki nəfərin cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib. Onlar sabitliyi pozmaqda ittiham edilərək edama məhkum olunublar. Bu gün onların edam hökmü icra olundu”./APA

İranda iki terrorçu edam olundu