Dünya
03 Mart 2021 16:15
İranda daha 86 nəfər koronavirusdan öldü
İranda ötən sutka ərzində 86 nəfər koronavirusdan (COVID-19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da ölkədə bu virusdan ölənlərin sayı 60 353 nəfərə yüksəlib.
Ölkədə ötən 24 saat ərzində 8 525 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 656 699 nəfərə çatıb. Virus daşıyıcılarından 3 747 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 1 413 717 nəfər koronavirusdan sağalıb.