Dünya
21 Yan 2021 15:40
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
İranda ötən sutka ərzində 93 nəfər koronavirusdan (COVID-19) ölüb.
Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 57 150 nəfərə çatıb.
İranda ötən 24 saat ərzində 6 204 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 354 520 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 168 nəfərin vəziyyəti ağırdır.
İranda indiyədək 1 144 549 nəfər koronavirusdan sağalıb, 8,74 milyondan çox diaqnoz testi həyata keçirilib.
Hazırda İranda 10 şəhər qırmızı, 23 şəhər narıncı, 163 şəhər sarı, 252 şəhər isə mavi zona hesab olunur.