"İran və Azərbaycan arasında ixtilaflar..." - İranlı deputat

"İran və Azərbaycan arasında ixtilaflar..." - İranlı deputat

"İran və Azərbaycan arasında ixtilaflar..." - İranlı deputat

"İranla Azərbaycan arasında ixtilaflar var idi ki, bu da yalnız düşmənləri sevindirirdi".

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran parlmentinin (İslami Şura Məclisi) deputatı Əhməd Əlirza Beyqi bildirib.

O, ölkəsionin xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Azərbaycana səfərini şərh edib. 

İran-Türkiyə dostluq qrupunun üzvü olan millət vəkilinin sözlərinə görə, İran-Azərbaycan tranzit imkanlarından istifadə edərək iqtisadi tərəqqiyə nail ola bilər.

"Əmir Abdullahianın Azərbaycana son səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfərlə sərhəd əməkdaşlığının artırılması, İran şirkətlərinin Dağlıq Qarabağın yenidən qurulmasında iştirakı gerçəkləşə bilər", - deyə Əlirza Beyqi qeyd edib.

O əlavə edib: "İran və Azərbaycan arasında sıx əməkdaşlıq transregional ölkələrin iki ölkə arasındakı fərqdən istifadə edərək fikir ayrılıqlarını artırmaq niyyətindən çəkindirəcək".

İran parlamentinin deputatı vurğulayıb ki, İslam Respublikasının Azərbaycanla əlaqələrə dair iki yol xəritəsi var:

"3+3" əməkdaşlıq platformasında müəyyən edilən birinci yol xəritəsində Gürcüstan, Ermənistan, Azərbaycan və İran da daxil olmaqla, Rusiya və Türkiyə ilə əməkdaşlıq qurulacaq. İkinci yol xəritəsi İran, Azərbaycan, Türkiyə və Rusiyanın əməkdaşlığıdır. Bu əməkdaşlıq modelində Pakistan dəmir yolu xəttinin İran vasitəsilə Türkiyəyə bağlanması qərara alınıb. İkinci yol xəritəsi  Aşqabadda razılaşdırılıb".

Əhməd Əlirza Beyqi İran XİN rəhbərinin Azərbaycana səfərini "dəyərli diplomatik gediş" adlandırıb.

 

"İran və Azərbaycan arasında ixtilaflar..." - İranlı deputat