İntihar barədə düşünən müğənni xəstəxanaya yerləşdirildi

İntihar barədə düşünən müğənni xəstəxanaya yerləşdirildi

İntihar barədə düşünən müğənni xəstəxanaya yerləşdirildi

Müğənni Sineyd O'Konnor intihar cəhdinə görə xəstəxanaya yerləşdirilib.

Polemika.az xəbər verir ki, bu barədə o öz "Twitter" səhifəsində məlumat verib.

55 yaşlı sənətçi 17 yaşında intihar edən oğlunun "arxasınca" getmək istədiyini bildirib:

"Bağışlayın. Bunu deməyimə ehtiyac yoxdu. Polislə xəstəxanaya gedirəm. Hər kəsi narahat etdiyim üçün üzr istəyirik. Uşaq ölümündən sonra özümü itmiş hiss edirəm və özümə nifrət edirəm. Klinika mənə kömək edəcək”.

Yanvarın 7-də Şeyn sonuncu dəfə Dublində görülüb, yanvarın 8-də polis onu ölü tapıb. O'Konnorun fərqli münasibətlərdən daha üç övladı var.

Daha sonra müğənni meyitinin tapılıb tanınmasına iki gün qalmış övladının qaçdığı Dublindəki Tallaqt xəstəxanasını məhkəməyə verəcəyini yazıb.

Bundan əlavə, o, baş verənlərə görə dövlət psixiatriya xidmətinin nümayəndələrini günahlandırır.

İntihar barədə düşünən müğənni xəstəxanaya yerləşdirildi