İnsanovun kabinetində Rəsulzadənin portreti: "Ən maraqlı siyasi metamarfozalardan birini müşahidə edirik"

İnsanovun kabinetində Rəsulzadənin portreti: "Ən maraqlı siyasi metamarfozalardan birini müşahidə edirik"

İnsanovun kabinetində Rəsulzadənin portreti: "Ən maraqlı siyasi metamarfozalardan birini müşahidə edirik"

HƏP sədri, keçmiş səhiyyə naziri Əli İnsanovun kabinetindən Rəsulzadənin və Elçibəyin portretlərini asması siyasi dairələrdə və sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Əli İnsanovun mərhum prezident Heydər Əliyevin silahdaşı, YAP-ın yaradıcılarından biri olduğuna diqqət çəkən şəbəkə iştirakçıları onu nankorluqda suçlayıblar. Onların fikrincə, Heydər Əliyev tərəfindən nazir postuna təyin olunan, vəzifədə olduğu dövrdə saysız-hesabsız mal-mülk, var dövlət əldə edən İnsanov siyasi dönüklük nümayiş etdirib.

Başqa bir arqument isə sabiq nazirin həmişə demokratik qüvvələrə düşmən münasibət bəsləməsi olub. Əbülfəz Elçibətyin silahdaşlarını mütəmadi olaraq təhiqr edən bir adamın indi onun portreti altında fəaliyyət göstərməsi təzad kimi qiymətləndirilir.

Məsələ ilə bağlı “Polemika.az”a danışan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, bu ən maraqlı siyasi metamarfozalardan biridir ki, hazırda baş verir və biz bunu müşahidə edirik:

“Amma nə demək olar? Adam yaşının müəyyən çağında bu cür dəyişikliyə uğrayıbsa, bizim ona deyəcəyimiz bir söz yoxdur. Sadəcə mənim üçün maraqlıdır ki, o otaqda onu nazir təyin edən, YAP-ın rəhbərliyinə gətirən mərhum prezident Heydər Əliyevin şəkli var, yoxsa yox?”

“Hesab edirəm ki, Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin şəkli hər bir azərbaycanlının otağında olmalıdır, hətta olmasa da, qəlblərində olmalıdır. Əli İnsanov da azərbaycanlıdır. İstənilən halda yaxşı bir proses müşahidə edirik.

Mən bu haqda çox şey deyə bilmərəm, ona görə ki, bunu ancaq onun özündən soruşa bilərsiniz. Biz sadəcə olanları müşahidə edirik, amma onun beyninə qoşulmaq imkanımız yoxdur”, - deyə R. Arifoğlu fikirlərini tamamlayıb. 

İnsanovun kabinetində Rəsulzadənin portreti: "Ən maraqlı siyasi metamarfozalardan birini müşahidə edirik"