İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yanvarın 14-dən Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar, həmin küçədən hərəkət edən 52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.