İğtişaşlardan Qazaxıstana dəyən zərər - 213 milyon dollar

İğtişaşlardan Qazaxıstana dəyən zərər - 213 milyon dollar

İğtişaşlardan Qazaxıstana dəyən zərər - 213 milyon dollar

Ölkədəki iğtişaşlardan Qazaxıstan biznesinə dəyən təxmini zərər 93,7 milyard tengedən (213 milyon dollardan çox) çox qiymətləndirilir.

Polemika.az xəbər verir ki, bu barədə bazar ertəsi Atameken Milli Sahibkarlar Palatasının mətbuat xidməti məlumat yayıb.

"Yanvarın 10-u saat 09:00-a ümumi zərərin məbləği təqribi hesablamalara görə, 93,7 milyard tengedən çox olub. Almatıda - 92,2 milyard tenge (209 milyon dollardan çox)", - deyə məlumatda qeyd olunur.

Milli Ticarət Palatasının məlumatına görə, ticarət, ictimai iaşə, maliyyə sektoru və logistika kimi biznes sektorları təsirlənib. “Ölkənin 9 rayonunda 1488 obyektdə yerləşən 1319 zərər çəkmiş sahibkarlıq subyekti müəyyən edilib, onlardan Almatıda – 1234 subyekti 1399 obyektdə yerləşir”, - deyə mətbuat xidməti bildirib.

 

İğtişaşlardan Qazaxıstana dəyən zərər - 213 milyon dollar