İFFHS klubların reytinq siyahısını açıqladı

İFFHS klubların reytinq siyahısını açıqladı

İFFHS klubların reytinq siyahısını açıqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların dünya üzrə yeni reytinq siyahısını açıqlayıb. 

Polemika.az Qol.az-a istinadla xəbər verir ki, 300 klubun yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" də var.

Ağdam təmsilçisi 129 xalla 108-ci pillədə qərarlaşıb. Komanda ötən ayla müqayisədə 54 pillə irəliləyib.

"Neftçi" isə siyahı genişləndirildiyinə görə cədvələ daxil olmağı bacarıb və 81,5 xalla 236-cıdır.

Siyahıya 310 xalla İngiltərənin "Çelsi" (310) klubu liderlik edir. Braziliya "Palmeyras"ı (286) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür. 

İFFHS klubların reytinq siyahısını açıqladı